Həyat yoldaşı ilə ondan xəbərsiz evlənən Xalq artisti: O, nəyin qurbanı oldu?

Həyat yoldaşı ilə ondan xəbərsiz evlənən Xalq artisti: O, nəyin qurbanı oldu?Uşaqlıqdan musiqiyə böyük marağı olan 12 yaşlı Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyur. Günlərin birində təsadüfən onların küçəsindən keçən dahi bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidib ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir, onunla tanış olur və Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir. Və beləcə, o elə uşaq yaşlarından böyük uğura gedən yolu iddialı addımlayır.

Publika.az anım günündə Xalq artisti, əvəzsiz səs sahibi Gülağa Məmmədovu yad edir.

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar məhəlləsində anadan olub. Çox kasıb bir ailədə böyüyüb. Atası pinəçiliklə ailəsini dolandırıb. Anası isə evdar qadın olub.

1938-ci ildə Gülağa Məmmədovun Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır. Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənibmiş. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir Hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.

Lənkərandakı Kiçik Bazar məhəlləsi üçün darıxan Gülağa Bakıda yaşadığı həyətlə təskinlik tapır. Yenə həyətdəki tay-tuşlarını başına yığıb, onlar üçün müxtəlif mahnılar ifa edir. Bəzən səsinə həyətdən, küçədən böyüklər də gəlib ona qulaq asırlar. O zaman Gülağanın çıxışları konsert proqramına dönür.

Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus idi. Çünki Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyev və Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən məhz Gülağa Məmmədov olub.

Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnılara ölümsüzlük möhürünü də elə məhz Gülağa Məmmədov vurub. Bu günə kimi dillər əzbəri olan bu mahnıları onun kimi ifa edən ikinci müğənni çətin tapıla.

Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməsinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır. Və nəhayət, çarə tapır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver". Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır. Və beləcə Gülağa çox sevdiyi Aliyəsi ilə evlənir. Onların uzun müddət övladları olmur. həkimlər bir neçə dəfə Aliyə xanımın övlad sahibi ola bilməyəcəyini desələr də onlar ümidlərini itirmir. Və düz on ildən sonra onların gözlərinin ağı-qarası bir qız övladları doğulur. Adını Gülarə qoyurlar.

Müsahiblərinin birində Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyir: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, anamın pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik" - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar. Müğənnilik sənəti atama dostlar qazandırdı.

Sənətinə layiqli qiymət verilməməsi, laqeydlik ona çox pis təsir edir. Ən böyük ədalətsizliklərdən biri isə 60 illik yubileyi ərəfəsində baş verir. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılır. Afişalar asılır, dəvətnamələr paylanır. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirində digər respublikalardan da qonaqların iştirakı nəzərdə tutulur. Lakin son anda Mərkəzi Komitədən xəbər gəlir ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirirlər. Sonra qərara gəlirlər ki, tədbiri "Aktyorlar evi"ndə keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq olur. Təbii ki, Gülağa Məmmədov yubiley mərasiminin orda keçirilməsinə etiraz edir. Deyir, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri "Aktyorlar evi"ndən götürürlər".

Bu haqsızlıq müğənniyə çox pis təsir edir. Deyir, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? O, əsəbiləşib gecə ilə bütün afişaları çıxarır. O biri respublikalara da teleqram vurur ki, qonaqlar gəlməsin".

Həyat yoldaşı Aliyə xanım müsahiblərindən birində deyir ki, "Sağlığında bircə dəfə də yubileyi keçirilmədi. Öləndən sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil etdilər. Gördüyü diqqətsizlik Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi.

1994-cü il iyunun 7-də səhər yeməyini yedikdən sonra Gülağa Məmmədovun halı qəfildən pisləşir. Ailəsinin təkidinə baxmayaraq, o, işə gedir. Həyətə təzəcə düşən kimi isə halı daha da pis olur. Qızı Gülarə xanım o anı belə xatırlayır:

"Atamı çətinliklə pilləkənlərdən qaldırıb evə aparıblar. Təcili yardım gəlib, ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da, onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə getmə, sən yanımda qal". Amma həkimlər etiraz ediblər. Anam otaqdan çıxa-çıxa onu arxayın edib: "Heç yerə getmirəm. Buradayam, qapının ağzında gözləyirəm". Xeyli vaxt keçəndən sonra anam içəridən çıxan tibb bacısından atamın vəziyyətini soruşub. Tibb bacısı da qəfildən – anamı bu acı xəbərə hazırlamadan – "o vəfat etdi", deyib".

Cismani gediş bir gün hamı üçün var. Hər kəs bir gün gedəcək bu həyatdan. Önəmli olan o gedişdən sonra necə xatırlanmaq, yad olunmaqdır. Bu mənada, böyük səs sahibi Gülağa Məmmədov sevilərək, hörmət və ehtiramla yad olunanlar sırasındadır. Yaşadığı 69 illik ömür yolunda musiqi sənətində özünəməxsus xidmət göstərdi, Azərbaycan musiqisini getdiyi hər bir ölkədə layiqincə təmsil etdi, musiqi aləmində hər kəsə bacardığı qədər dəstək oldu, yol göstərdi. Ən əsası heç kimə haqsızlıq etmədi. Özü çox haqsızlıqlar görməsinə rəğmən...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 840   Tarix: 10 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Soyuducunuz əslində bu səbəbdən vızıldayır

Soyuducunuzdan gələn qəribə səslərin hansının normal, hansının isə təhlükəli olduğunu bilmək cihazın ömrünü uzada bilər. "Mr. Appliance" mütəxəssisləri, mətbəxin bu əvəzolunmaz köməkçisindən gələn davamlı vızıltıların ciddi avadanlıq problemlərinə işarə etdiyini bildirirlər. xəbər verir ki

19 aprel
.

Gündə neçə dəfə yemək lazımdır? - Mütəxəssis rəyi

"Bəzi insanlar gündə altı dəfə, bəziləri isə yalnız iki dəfə qidalanmalıdırlar". xəbər verir ki, bu barədə -ya müsahibəsində rusiyalı diyetoloq Marqarita Koroleva bildirib. Mütəxəssis qeyd edib ki, sağlamlıq üçün gündə ən azı üç dəfə yemək vacibdir, lakin burada müəyyən istisnalar mövcuddur:

14 aprel
.

10 milyon timsah və ölümcül yırtıcılar - Dünyanın ən təhlükəli ərazisi

Cənubi Amerikanın bataqlıq zonalarında eyni məkanda təhlükəli canlıların sıxlığı dünyanın ən yüksək göstəricilərindən biridir. Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Wildlife" yazıb. Pantanal regionu təxminən 171 00 kvadrat kilometr ərazini əhatə edir və Braziliya, Boliviya və Paraqvayı

14 aprel
.

Maşın bazarında DURĞUNLUQ yaranıb - Avtomobillərə maraq NİYƏ AZALIB? - VİDEO

Çin istehsalı olan avtomobillər Azərbaycan bazarına sürətlə daxil olsa da, son günlər bu nəqliyyat vasitələrinin satışında azalma müşahidə olunur. Hibrid və "plug-in" hibrid avtomobillərə tətbiq olunan vergi güzəştləri müddətinin başa çatması bu maşınlara olan marağı zəiflədib. xəbər veri

19 aprel
.

Tramp çıxış zamanı çaşdı: "Bunu kim yazıb?" - VİDEO

ABŞ-nin prezidenti Donald Trump-ın çıxışı zamanı yaşanan maraqlı an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, hazırlanan çıxış mətnini oxuyan Tramp bəzi ifadələri anlamaqda çətinlik çəkib. Xüsusilə mətndə yer alan "köşə dükanı" ifadəsi onun diqqətin

17 aprel
.

"Mançester Siti" 16 yaşlı oyunçu üçün 40 milyon ödəməyə hazırdır

"Mançester Siti" Braziliyanın "Palmeyras" klubunun cinah oyunçusu Eduardo Konseysaonu almaqda maraqlıdır. -ın xarici mediaya istinadən məlumatına görə, İngiltərə klubu artıq danışıqlar aparır və 16 yaşlı braziliyalı üçün 40 milyon avro ödəməyə hazırdır. Eduardo Konseysao hələ ki "Palmeyras"d

14 aprel
.

CAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb. xəbər verir ki, bu barədə "CBS News" telekanalı xəbər yayıb. Alimlər və aidiyyəti qurumlar bu qeyri-adi hadisənin dəqiq səbəblərini aydınlaşdırmağa çalışırlar. Əvvəllər bu ərazilər köpəkbalıqlarını

14 aprel
.

32 saniyə ölən qadından dəhşətli XƏBƏRDARLIQ

ABŞ sakini Anjela Harris klinik ölüm zamanı qeyri-adi təcrübə yaşadığını və bu anlarda insanlığın mümkün gələcəyinə dair görüntülər gördüyünü iddia edir. xarici mediaya istinadən xəbər verir ki, qadının sözlərinə görə, hadisə 2015-ci ildə baş verib. O, huşunu itirmə səbəblərini müəyyən etmək üçün tətbi

17 aprel
.

Yaz yorğunluğu ilə qalxanvari vəzi xəstəliklərini necə ayırd etmək olar?

Bahar aylarında bir çox insan halsızlıq, yuxululuq və enerji çatışmazlığı ilə üzləşir. Bu vəziyyət adətən "mövsümi yorğunluq" kimi qəbul edilsə də, əslində qalxanvari vəzinin (zob) fəaliyyətinin pozulmasından da xəbər verə bilər. xəbər verir ki, tibb elmləri doktoru Lyubov Stankeviç "İzvestiya"

16 aprel