Çay dəmləyəndə edilən ən böyük SƏHV
Çox insan çayı düzgün şəkildə dəmləmədiyi üçün içki həm dadını, həm də faydalı xüsusiyyətlərini itirir. Mütəxəssislər bildirirlər ki, ən yayılmış vərdişlərdən biri çayın keyfiyyətini tamamilə korlayır.
Çay hazırlayarkən edilən əsas səhv onun qaynar su ilə dəmlənməsidir.
Bir çoxları düşünür ki, su nə qədər isti olsa, çay bir o qədər yaxşı dəmlənəcək. Əslində isə bu, səhvdir. Xüsusilə yaşıl və ağ çay növləri üçün 100 dərəcə istilik yararlı maddələrin məhvinə səbəb olur.
Qaynar su ilə dəmləmə zamanı çay yarpaqları sanki bişir, tərkibindəki tanin və kofein dərhal açılır. Nəticədə içki acı dad verir, aromatı itir və əsl çay ləzzəti zəifləyir. Bundan əlavə, çayın incə ətirli yağları yüksək temperaturun təsiri ilə uçur, C vitamini və katexinlər kimi faydalı maddələr isə zədələnir. Nəticədə əldə edilən içki sadəcə isti rəngli suya çevrilir.
Mütəxəssislər bildirirlər ki, hər çay növünün öz dəmlənmə temperaturu var. Ağ və yaşıl çay 70-80 dərəcə isti su ilə, oolong çayı 85-90 dərəcə ilə, qara çay və Pu-er isə 90-95 dərəcə ilə dəmlənməlidir. Bu temperaturlar üçün suyu birbaşa qaynayan anında istifadə etmək məsləhət deyil.
Termometr olmadan da düzgün dəmləmə mümkündür. Qara çay üçün suyu qaynadandan sonra 2-3 dəqiqə gözləmək kifayətdir. Yaşıl və ağ çay üçün isə su 5-7 dəqiqəyə uyğun istiliyə düşür. Soyuq mətbəx şəraitində su daha tez soyuyur.
Mütəxəssislər çayın qapalı qabda dəmlənməsini və keyfiyyətli yarpaq çaylardan istifadə edilməsini də tövsiyə edirlər. Bu, içkinin dadını, qoxusunu və faydalı xüsusiyyətlərini daha yaxşı qorumağa kömək edir. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 981 Tarix: 07 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrPomidoru soyuducuda saxlamayın
Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə
14 noyabrQaralan kafel aralarını evdəki tək materialla təmizləyin
Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər
14 noyabrPayızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
7 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabr