İran gözünü sandığa dikdi: içindən azərbaycanlı "çıxsa", nələr dəyişəcək?

İran gözünü sandığa dikdi: içindən azərbaycanlı "çıxsa", nələr dəyişəcək?İyunun 28-də İranda keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədlər bəlli olub. Siyahıda Mustafa Purməhəmmədi, Məsud Pezeşkian, Əlirza Zakani, Səid Cəlili, Məhəmməd Baqir Qalibaf, Seyid Əmir Hüseyin Qazizadə Haşimi yer alıb.

Bəs maraqlıdır, perspektivi nəzərə alsaq, Azərbaycan üçün ən uyğun namizəd kimdir? İrandakı azərbaycanlı seçicilər daha çox kimə səs verə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan "Orta Doğu" Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Azərbaycan üçün İranda seçiləcək prezidentin kimliyinin böyük əhəmiyyəti yoxdur:

"İranda kimin prezident seçilməsindən asılı olmayaraq, Tehran-Bakı münasibətləri eyni tendensiya ilə davam edəcək. Çünki İranda həlledici və ya vacib qərarları müəyyən edən şəxs prezident deyil. O, icra edən qurumun başçısıdır. Bütün tapşırıq və qərarları İran ali rəhbəri Ayətullah Seyid Əli Xamenei verir. Xamenei İran-Azərbaycan münasibətlərini Tehran tərəfindən necə müəyyən edəcəksə, yeni seçilən prezident də buna uyğun şəkildə istiqaməti davam etdirəcək. Güney Azərbaycan türklərinin seçkidə iştirakını fəallaşdırmaq üçün Tehran hakimiyyəti Təbrizdən olan namizəd Məsud Pezeşkianın namizədliyini qeydiyyata alıb. Bununla da İranda seçki fəallığının artırılmasına çalışır. Pezeşkian islahatçı xəttin nümayəndəsi olduğundan prosesdə fəallığın artmasına nail olmağa çalışır".

Politoloqun sözlərinə görə, milli-etnik təəssübkeşlik baxımından Pezeşkiana oradakı azərbaycanlılar da səs verilə bilər:

"Bu səslər seçkinin nəticəsini həll etməyəcək. Çünki azərbaycanlıların əksəriyyəti prosesi boykot etməyi qərara alır. Ümumiyyətlə, azərbaycanlılar son illər İranda keçirilən seçkilərdə çox zəif iştirak edirlər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1321   Tarix: 11 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Qardaşlığın rəmzi - Şuşa Bəyannaməsi

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bütün dünya ölkələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrinə nümunə təşkil edir. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında bel

9 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıd

6 iyun