Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan hərbçiləri birgə nəzarət EDƏ BİLƏR - ŞƏRH
Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış edib. Bununla bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Lakin parlament sədri nəzarətin hər hansı bir regional ölkə olacağını düşünmür.
Şübhəsiz ki, burada Zəngəzur dəhlizi nəzərdə tutulur. Alen Simonyanın və bundan əvvəl hakimiyyətin çıxışlarından aydın məsələdir ki, Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətinə qarşıdır. Belə olan təqdirdə Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan hərbçiləri birgə nəzarət edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan hökuməti üzünü Qərbə tutduğu üçün onlar bu məsələlərdə Rusiyanı kənarda tutmağa niyyətlidir. Yəni məsələnin əsas mahiyyəti istər Zəngəzur dəhlizi, istərsə də digər məsələlərdə Rusiyanı zərərsizləşdirməkdir:
"Yəni onun təsir gücünü azaltmaqdır. İndiki Ermənistan hakimiyyətinin nəzərində tutduğu müəyyən dərəcədə Qərb dünyasının maraqlarını cavab verərək, Rusiyanı kənarda saxlamaqdır. Ona görə də Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamaları təsadüfi deyil. Gördüyümüz kimi, Ermənistan hökuməti bütün səylərini məhz Rusiyanın ölkəsində təsir gücünü azaltmaq üçün ortaya qoyub. Çalışır ki, bütün proseslər Azərbaycan və Ermənistan arasında gerçəkləşsin. Burada Rusiyanın diqtə etməsinə qarşıdır. Ermənistan bunu tək başına etmir. Təbii olaraq ABŞ, Avropa dövlətləri və Fransa kimi başqa ölkələrin bu prosesdə rolu vardır".
Siyasi şərhçinin sözlərinə görə, bu mənada əgər Ermənistan hökuməti müəyyən dərəcədə hakimiyyətini davam etdirərsə, növbəti mərhələdə Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistan əsgərlərinin iştirakı ilə dəhlizin açılması gerçəkləşə bilər:
" Bu əslində Azərbaycanın özünə də sərf edir. Rusiyanın mümkün olduğu qədər bölgədən çıxarılması müəyyən mənada Azərbaycanın maraqlarına cavab verir. Mümkün məsələlər iki dövlət arasında gerçəkləşdirilməlidir. Bu baş tutursa, Rusiyanın Cənubi Qafqazdan təsir dairəsinin çıxması böyük bir addım olar. Rusiya fəaliyyətini hər halda bu və digər yollar ilə davam etdirir. İstər Azərbaycan və Ermənistan arasında gedən sərhədlərin delimitasiya və demarkasiyası prosesində, kommunikasiya-nəqliyyat məsələləri, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında baş verirsə, burada tək Ermənistan üçün yox, Azərbaycan üçün də faydalı olacaq. Proseslər hazırda davam edir. Rusiyada əlbəttə ki, buna sakit qalmayacaq. Rusiya müəyyən variantlara əl atır ki, öz gücünü regionda saxlasın".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA