Xalq artistindən televiziyalara İRAD: "Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?"

Xalq artistindən televiziyalara İRAD: "Dəfələrlə zəng edib demişəm ki, bu nədir göstərirsiniz?""Tez-tez məni teatr tamaşalarına dəvət edirlər. Bilirsiniz ki, evdən çölə çıxmıram, heç bir yerə də getmirəm. Bu sahədən tamamilə uzaqlaşmışam. Amma bəzən Mədəniyyət kanalında göstərilən tamaşaları izləyirəm. Elə bil ki, bir balaca irəliləyiş var. Mənə elə gəlir ki, heç İncəsənət universiteti lazım deyil, bizdə hamı elə aktyordur (gülür)"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib. O daha sonra kinonun acınacaqlı vəziyyətdə olduğunu deyib.
"Kinonun bu gün istədiyim vəziyyətdə olmaması məni çox narahat edir. Sonuncu dəfə "İçərişəhər" filmində çəkildim. Orada rolda ölürəm. Elə kino da mənimlə orada öldü. Mən bu qazanda bişmişəm. Rüstəm İbrahimbəyov kinoittifaqın sədri idi. Tez-tez bizi festivallara göndərirdi. Azərbaycana elə bir əcnəbi aktyor yox idi ki, gəlməsin. İndi bu prosseslər baş vermir. Kino hazırda yoxdur. "Azərbaycanfilm" kinostudiyasını da işlədən yox idi, bağladılar. Əcəb də etdilər. Bir-iki cavan rejissor var, onlara da film çəkməyə imkan vermirlər. İstedadlı adamların da pulu yoxdur. Komediya aktyorları gündə bir kino çəkib, kinoteatrda göstərirlər. Filmlər zəifdir. Çünki onların istedadı yoxdur. Kino çəkən rejissor hərtərəfli olmalıdır. Kinoya aid hər şeyi bilməlidir. Tək öz işini yox, həm işığı, həm kameranı, həm də yeri gələndə qrimi bilməlidir. Çəkilən kinoların da mövzusu vurub dağıtmaq, öldürməkdir. Bunu da türklərdən götürmüşük. Mən istərdim ki, elə bir mövzuda filmlər çəksinlər ki, indiyə qədər çəkilənlərdən fərqlənsin. İndi məhəbbət, sevgi mövzuları filmlərdə çatışmır. Məhəbbət tək kişinin qadına olan sevgisi deyil, onun həyata, övladlarına, vətəninə olan duyğularıdır. Belə bir film lazımdır. Hər şey vurub yıxmaqla olmur ki" deyə xalq artisti deyib.
Sevilən aktrisa televiziyalara iradını da bildirib.
"Efirlərdə eyni filmləri nümayiş etdirirlər. Olmaz axı! Gənclər bütün filmlərimizi tanımalıdırlar. 125 ildir ki, film çəkirik. Bizim filmlər yalnız o göstərilənlərdən ibarət deyil axı! Bir dəfə televiziyalara da zəng edib demişəm ki, bu nədir?! Halbuki o filmlər çox zəifdir! Heç o illərdə qəbul olunmurdu. İndi dəbə düşüb! Tənbəllik edirlər üzə çıxartmağa!" deyə sənətkar bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1814   Tarix: 18 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

15 il sonra "Harri Potter"dəki roluna qayıdır

Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub

28 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust