Bu maddə infarkt riskini artırır: saqqız və diş pastasında da var

Bu maddə infarkt riskini artırır: saqqız və diş pastasında da varSaqqız və diş pastasının tərkibindəki maddə infarkt riskini, həm də hazırkı qlükoza səviyyəsini min dəfə artırır. Həmin maddə diabet xəstələrinin və ya arıqlamaq istəyənlərin istifadə etdiyi ksilitol, saqqız, diş pastası kimi məhsullarda da var.

Həmin araşdırma "European Heart Journal" jurnalında dərc olunub.

Tədqiqatı aparan alimlər ürək xəstəliyi riski olan və oruc tutan 3 mindən çox insanın qan nümunələrini yoxlayıb. Üç il ərzində izlənilən bəzi iştirakçılar ürək-damar problemləri yaşasa da, qanında yüksək səviyyədə ksilitol olanların bunu daha çox hiss etdiyi məlum olub. Daha sonra insan və siçan üzərində təcrübə aparan tədqiqatçılar müəyyən ediblər ki, ksilitol qanda trombositlərin laxtalanmasını sürətləndirir. Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər. Daha sonra 20 sağlam insanın yarısına tərkibində normal səviyyədə ksilitol olan içki, digər yarısına isə şəkər (qlükoza) ilə şirinləşdirilmiş içki verilib. Birinci qrupdakı iştirakçılarda qanın laxtalanması sürətlə artdığı halda, şəkərli içki qəbul edənlərdə belə bir artım müşahidə edilməyib. Alimlər, eritritol kimi ksilitolun infarkt, insult və ölüm riskinin təxminən iki qat artması ilə əlaqəli olduğunu tapıblar. Araşdırmanın baş müəllifi professor Stanley Hazen bildirib: "Alimlər qeyd ediblər ki, ksilitol qəbul etdikdən sonra qanda qlükoza səviyyəsi min dəfə artıb və 6 saat ərzində yüksək səviyyədə qalıb. Şəkər yediyiniz zaman qlükoza səviyyəsi 10 və ya 20 faiz arta bilər, lakin min dəfə deyil. Təbii birləşmə olsa da, bədənimizdə normal şəraitdə meydana çıxacağından çox daha yüksək səviyyədə, təbiidən uzaq bir şəkildə istifadə olunur. Yeni araşdırma şəkər spirtləri ilə ürək-damar xəstəlikləri arasında əlaqəni qeyd etsə də, səbəb-nəticə əlaqəsi qurmaq mümkün deyil".

Corc Vaşinqton Universitetinin İdman və Qidalanma Elmləri Departamentinin müəllimi Rob van Dam deyir ki, gecələr oruc tutan insanlarda ksilitol səviyyəsi təbii olaraq arta bilər. 20 nəfərlə təcrübədə iştirak edənlər oruc tutmadığı üçün burada qurulan əlaqə daha etibarlı olsa da, iştirakçı sayının az olması başqa araşdırmalar tələb edir. Bu məhdudiyyətlərə baxmayaraq, araşdırma aparan qrup, nəticələrin ksilitol və eritritol kimi maddələrin risklərinə diqqəti cəlb edəcəyinə ümidvar olduğunu deyir. (Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 916   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr
.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Valideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır

Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları

23 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA

Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy

7 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

25 oktyabr