Kiçik Robert Kennedi Trampa hücumu atası və əmisinə sui-qəsdlə müqayisə edib
ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətini açıqlayan kiçik Robert Kennedi Donald Trampa hücumu ölkənin 35-ci prezidenti Con Kennedi və o dövrdə baş prokuror olan Robert Kennedinin öldürülməsi ilə müqaqisə edib.
"Report" xəbər verir ki, kiçik Kennedi "NewsNation"a müsahibəsində hər 3 hadisə arasında paralellər aparıb.
"1963-cü ildə əmim (Con Kennedi) öldürüləndə, Amerika cəmiyyətində bölünmə yarandı. Vətəndaş Müharibəsindən bəri (1861-1865) ən güclü bölünməni isə atam (Robert Kennedi) sui-qəsd nəticəsində həyatını itirəndə yaşadıq, bu gün yenə də bu vəziyyətə düşdük", - Kennedi bildirib.
Qeyd edək ki, Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda güllələnib. Həmin gün polis onun qatili olduğu iddia edilən Li Harvi Osvaldı saxlayıb, iki gün sonra onun özü gecə klubunun sahibi Ceyk Rubenşteyn tərəfindən polis bölməsində güllələnib. Robert Kennedi isə 1968-ci ildə ABŞ-da prezident seçkiləri kampaniyası zamanı aldığı ölümcül xəsarətdən vəfat edib.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 854 Tarix: 14 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı
9 avqustDünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
İyul ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Əsas ərzaq məhsullarının düny
9 avqustPentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb
Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və məxfi xarakterli vəzifələr tutmaq imkanını məhdudlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat verib
9 avqustRusiya İranda yeni nüvə elektrik stansiyaları tikməyə davam edir
İranın Buşehr Atom Elektrik Stansiyasında yeni enerji bloklarının tikintisi davam edir. xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçev bildirib. "Meydanda 2 və 3 nömrəli enerji bloklarının əsas və köməkçi binalarının tikintisi davam edir, eləcə də hidravlik qurğularda hazırlı
10 avqustHörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı
Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb
10 avqustDünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb
Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove
10 avqust