Reuters: "Missuri məhkəməsi Bayer şirkətinin 7,25 milyard dollarlıq razılaşmasını təsdiqləyib"
ABŞ-ın Missuri ştatında məhkəmə Bayer şirkətinin Roundup adlı alaq otlarına qarşı mübarizə vasitəsinin xərçəngə səbəb olması ilə bağlı iddiaların həlli üçün təklif etdiyi 7,25 milyard dollarlıq razılaşmanı təsdiqləyib. Bu qərar Almaniya şirkətinin təxminən on ilə yaxındır üzləşdiyi hüquqi mübahisələrin böyük hissəsinə son qoya bilər.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Sent-Luis şəhərində yerləşən ştat məhkəməsinin hakimi Timoti Boyer razılaşmanı "ədalətli, ağlabatan və kifayət qədər əsaslandırılmış" hesab edib.
Hakim bəzi iddiaçıların kompensasiya məbləğlərinin aşağı olması ilə bağlı etirazlarını da rədd edib. Etiraz edənlər əvvəllər razılaşma əldə etmiş şəxslərə daha yüksək ödənişlər edildiyini bildiriblər. Məhkəmə həmçinin qeyd edib ki, ödənişlərin gecikdirilməsi, xərçəng xəstəliyinin son mərhələsində olanlar da daxil olmaqla, zərərçəkmiş şəxsləri kompensasiya almaq üçün qeyri-müəyyən müddət gözləməyə məcbur edə bilər.
Bayer şirkəti ABŞ-ın ştat və federal məhkəmələrində Roundup vasitəsindən evdə və ya iş yerində istifadə etdikdən sonra xərçəng xəstəliyinə tutulduqlarını iddia edən şəxslərin təxminən 65 min müraciəti ilə üzləşib.
Fevral ayında elan edilən razılaşma ABŞ-da Roundup məhsulu ilə bağlı mövcud və gələcək iddiaların demək olar ki, hamısını həll etməyi nəzərdə tutur.
Bayer şirkətinin baş icraçı direktoru Bill Anderson bildirib ki, məhkəmənin yekun təsdiqi şirkətin hazırkı və gələcək Roundup məhkəmə çəkişmələri ilə bağlı riskləri azaltmaq strategiyasında mühüm mərhələdir.
Ali Məhkəmənin qərarı
Bayer şirkəti Roundup məhsulu ilə bağlı çoxsaylı məhkəmə iddiaları ilə üzləşib. Şirkətin 2018-ci ildə alaq otlarına qarşı mübarizə vasitəsini istehsal edən Monsanto şirkətini 63 milyard dollara satın almasından sonra səhmlərinin qiyməti 46 faiz azalıb.
Şirkət 2020-ci ildə Roundup ilə bağlı məhkəmə iddialarının böyük hissəsini 10,9 milyard dollarlıq razılaşma ilə həll etmişdi. Lakin gələcək iddiaları aradan qaldırmaq üçün nəzərdə tutulan 1,25 milyard dollarlıq başqa bir razılaşmanın məhkəmə tərəfindən təsdiqlənməsinə nail ola bilməmişdi.
Bayer uzun müddətdir Roundup məhsulunun və onun əsas aktiv maddəsi olan qlifosatın təhlükəsiz olduğunu müdafiə edir. Şirkətin mövqeyinə görə, onilliklər ərzində aparılan araşdırmalar qlifosatın xərçəngə səbəb olmadığını göstərir.
Son razılaşma ABŞ Ali Məhkəməsinin Missuri ştatının sakini Con Durnellə bağlı 1,25 milyon dollarlıq məhkəmə kompensasiyasını ləğv etməsindən beş ay sonra təsdiqlənib. Durnell Roundup tərkibindəki qlifosata uzun illər məruz qalmasının onda qeyri-Hodgkin limfomasına səbəb olduğunu iddia etmişdi.
Ali Məhkəmə 7-yə qarşı 2 səslə Bayerin mövqeyini dəstəkləyib. Məhkəmə hesab edib ki, pestisidləri tənzimləyən federal qanun ştat qanunvericiliyinə əsaslanan xəbərdarlıq edilməməsi ilə bağlı iddiaların irəli sürülməsinə mane olur. Bu qərar Roundup əleyhinə qaldırılmış çoxsaylı iddiaların əsas hüquqi dayaqlarından birini zəiflədib.
İddiaların hüquqi müstəvidə davam etdirilməsi çətinləşib
İddiaçıların bir çoxunu təmsil edən vəkil Kristofer Siger bildirib ki, Durnell işi üzrə Ali Məhkəmənin qərarı Roundup məhsulundan zərər çəkdiyini iddia edən şəxslərin məhkəmələrdə hüquqlarını müdafiə etmək imkanlarını məhdudlaşdırıb.
O, açıqlamasında zərərçəkmiş şəxslərə nəzərdə tutulan kompensasiyaların mümkün qədər tez çatdırılmasını gözlədiklərini bildirib.
Razılaşmaya etiraz edən bəzi zərərçəkmiş şəxslərin vəkilləri isə şərh vermək üçün Reuters-in sorğusuna dərhal cavab verməyiblər.
Razılaşma federal məhkəmələrdə hələ də baxılmaqda olan bəzi iddiaları əhatə etmir. Bayer şirkətinin məlumatına görə, həmin məhkəmələrdə təxminən 200 iş üzrə proses davam edir. Şirkət Ali Məhkəmənin son qərarının bu işlərdə onun müdafiə mövqeyini gücləndirdiyini bildirib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qətlə yetirilən Gülarənin atası danışdı - "Ayxan 2 ay idi gecələr yatmırdı"
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Kiberdələduzluqda bir başqa yol...
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
Xarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Elton qızına toy edir
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA