Prezident iclasda hansı məmuru tənqid etdi? - "Əks halda özlərindən küssünlər"

Prezident iclasda hansı məmuru tənqid etdi? - "Əks halda özlərindən küssünlər"Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb.

Prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.

Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki, limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.

Prezidentin çıxışından sitat: "Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər".

Bəs prezidentin bu sərt xəbərdarlığı kimlərə ünvanlanıb? Strateji əhəmiyyət daşıyan iqtisadi layihənin həyata keçirilməsini ləngidənlər, bu işə görə məsuliyyət daşıyanlar kimlərdir?

Sayt yazır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli 2010-cu ildə qoyulub. Kompleksinin layihəsi Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanıb.

Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi "Evrascon" ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də "Evrascon" ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın "Van Oord Dredging And Marine Contractors B.V." şirkəti tərəfindən yerinə yetirilib.

Prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olar ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-"Evrascon" ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib. Və belə məlum olur ki, prezident ötən il ərzində limanın tikintisini bilavasitə nəzarətində saxlayıb və yaranmış problemlərə görə hansısa iri məmurlar buna görə əməlli-başlı tər tökməli olublar.

"Evrascon" ASC (Əvvəlki adı "Azərkörpü" ASC) baş nazirin müavini Abid Şərifova bağlı şirkət hesab edilir. Mətbuat Şərifovun "Evrascon"la bağlılığına dair əvvəllər dəfələrlə yazıb. O da yazılıb ki, bu şirkət hazırda ciddi maliyyə sıxıntısı içərisindədir, şirkətin digər layihələrində işləyən fəhlələr aylarla əmək haqqı ala bilmir. Dəfələrlə "Evrascon"un işçilərinin əmək haqqının ödənilməsi tələbi ilə aksiyalar keçirdiyi məlumdur. Bir sözlə, "Evrascon" Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi tikintisi vaxtında tamamlanmalı olan strateji layihə üçün heç də yaxşı reputasiyalı podratçı hesab edilə bilməz. Axı bu layihədən ölkə iqtisadiyyatının şaxələndirilməsi, Azərbaycan üzərindən keçən İpək Yolu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması və beləliklə də ölkənin tranzit gəlirlətinin artımı baxımından çox şey asılıdır. Necə ola bilər ki, podratçı şirkət dövlət büdcəsindən tikinti üçün ayrılmış vəsaitləri istifadə etməyib? Bu, doğrudan da ciddi məsuliyyətsizlik və təsərrüfatsızlıq hesab oluna bilər. Və belə görünür ki, prezidentin səbri tükənib və o, Abid Şərifova bağlı şirkətə sonuncu sərt xəbərdarlığını edib. Cəza tədbirlərindən birinin nədən ibarət olacağını da deyib-büdcə vəsaitləri hesabına inşa edilən tikinti layihələrinə buraxılmamaq. Bu isə "Evrascon" ASC üçün tam iflas demək olardı.

"Evrascon" ASC-in icraçı direktoru Manaf Şirinov özü də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. Mətbuatda yazılanlara görə o, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında şikayətlənib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə görə 50 milyon manatlıq sifariş verilmişdi. Və tələb edilmişdi ki, işlər vaxtında təhvil verilsin.

Ancaq M.Şirinov iddia edir ki, həmin pulu ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. O vaxt isə manat artıq dəyərdən düşmüşdü. "Biz layihəni işləmək üçün məcbur olub maliyyə institutları ilə müqavilə bağlayaraq kreditlər aldıq. Özü də dollar və avro ilə"-Şirinov şirkətin səhmdarlarına niyə divident vermədiyi haqda narazılıqlara cavab olaraq özünü müdafiə etməyə çalışıb. (vritualaz.org)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4174   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub. xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib. "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstrukti

7 may
.

Keçmiş baş nazir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib. "Report"un əldə etdiyi məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciə

7 may
.

"Yalnız bu dəyişiklikdən sonra sülh danışıqlarına getmək olar" - Ekspert

Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyanın əsas prinsipi kimi hər iki tərəfdən qəbul edilib. Bu, geridönüşü olmayan reallıqdır, bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə bəyan edilib. Bunu baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib. Onun sözlərinə görə

7 may
.

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Azərbaycan Prezidenti İlham Əliyevin adından mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb

7 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may