Hər 1 dolların alış-satışında 20 qəpik ziyana düşəcəyik -Yeni qərar

Hər 1 dolların alış-satışında 20 qəpik ziyana düşəcəyik -Yeni qərarNatiq Cəfərli: "Dolların alqı-satqısı arasında böyük fərq yaranacaq"

Azərbaycan Mərkəzi Bank dünən komersiya banklarının rəhbərlərilə keçirdiyi görüşdə 4 faizli marjanın ləğv olunması haqqında qərar qəbul edib. Artıq bu gündən AMB bütün banklara və valyuta mübadiləsi aparan poçt şöbələrinə bunula bağlı verilən rəsmi qərarı göndərib. 4 faizli marjanın ləğv olunması valyuta bazarına necə təsir edəcək? Dolların alış-satış qiymətləri necə olacaq?

Natiq Cəfərli deyib ki, marjanın ləğv ilk növbədə "qara bazar"a ciddi zərbə vuracaq.

Onun sözlərinə görə, banklar artıq dolları "qara bazar" vasitəsilə deyil, öz filiallarında satacaqlar: "Əvvala onu demək lazımdır ki, marja artıq formal xarakter daşıyırdı və heç bir əhəmiyyət kəsb etmirdi, "qara bazar"ın yaranmasının da əsas səbəblərindən biri idi. Bunun ləğvi normaldır. Əhəmiyyətsiz və mənasız bir qaydanı saxlamaq düzgün deyil. Ona görə də bu addımın atılması doğru qərardır. Bu ən azından "qara bazar"ın ləğv olunmasına səbəb olacaq. Banklar artıq "qara bazar" vasitəsilə deyil, öz filialları vasitəsilə dollar satmaqda sərbəst olacaqlar. Bu, əslində "qara bazar"da olan məzənnənin leqallaşması deməkdir. "Qara bazar"da məzənnə 1.90-1.92 ətrafında idi və banklar da elə bu civarda satış aparacaqlar.

Amma əldə olunan dolların həcmi kifayət etməsə, tələbatı ödəməsə, bu zaman yenidən dollar ajiotajı yarana bilər. Banklar çalışacaqlar ki, əllərində olan valyutanı özlərinin təyin etdiyi və onlara sərf edən məzənnə ilə satsınlar. Banklar bir tərəfdən də vətəndaşdan dollar alarkən kursu aşağı salmağa çalışacaqlar. Necə ki, artıq 2 gündür bu prosesi görürük. Burada artıq Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var. Yuxarı marjı ləğv edirdilərsə, heç olmasa aşağı marjanı saxlamaq lazım idi. Ən azından vətəndaşların ziyana düşməməsi üçün Mərkəzi Bank rəsmi məzənnədən aşağı dollar qəbuluna imkan verməməlidir. Həm aşağı, həm də yuxarı marjanın ləğv olunması yaxşı hal deyil. Banklar bundan istifadə edib çalışacaqlar ki, dolları vətəndaşlardan daha ucuz alıb baha satsınlar. Alış və satış arasında böyük fərq yaranacaq. Təxminən 15-20 qəpik arasında fərq olacaq ki, bu da yaxşı hal deyil".

Mənbə: Cəbhə info


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2637   Tarix: 12 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021