Cem Karacanın oğlu və həyat yoldaşı arasında gərginlik yaşandı

Cem Karacanın oğlu və həyat yoldaşı arasında gərginlik yaşandıCem Karacanın həyat yoldaşı İlkim Karacanın etirazı ilə yayımlanmasına qadağa qoyulan "Cem Karacanın Gözyaşları" filmi oğlu Emrah Karacanın icazəsi ilə yenidən yayımlana bilər.

Sonxeber.az türk mediasına istinadən bildirir ki, Fikri Harika və Aytaç Medyanın prodüseri olduğu "Cem Karacanın Gözyaşları" filmi İlkim Karacanın etirazı ilə kinoteatrlardan yığışdırılıb.

Mərhum həyat yoldaşı Cem Karacanın həyatından bəhs edən filmdə istifadə edilən əsərlərə icazə verilmədiyini iddia edən İlkim Karaca hətta qaldırdığı iddiaya 3,5 milyon lirə zəmanət pulu da yatırıb.

Lakin filmin yayımlanmasının qarşısını almaq üçün milyonlarla lirə sərmayə qoyan İlkim Karacaya pis xəbər gəlib.

Filmin dayandırılması qərarına etiraz edən prodüser şirkətləri Fikri Harika Production və Aytaç Medya Cem Karacanın digər varisi - oğlu Emrah Karacanın əsərlərindən istifadəyə icazə verdiyini bildiriblər.

Qeyd edək ki, 2006-cı ildə Türkiyənin ən dəyərli rok sənətçilərindən olan Cem Karacanın ölümündən sonra oğlu Emrah Karacanın anası Ferida Balkanla sonuncu həyat yoldaşı İlkim Karaca arasında gərginlik yaranmışdı.

İlkim Karaca mərhum rok sənətçisinin sonsuz olduğunu iddia edərək Emrah Karacanın Cem Karacanın oğlu olmadığını iddia etmişdi.

Cem Karacanın məzarı açıldıqdan və DNT nümunələri götürüldükdən sonra Emrah Karacanın Cem Karacanın oğlu olduğu müəyyənləşdikdən sonra Ferida Balkan və Emrah Karaca İlkim Karacaya qarşı açdıqları təhqir işində qalib gəlmişdilər.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1135   Tarix: 05 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çörək almağa gedən gənc qız itkin düşdü

Sumqayıtda 20 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Yaxınları onun itki

30 iyun
.

Türkiyədə sursat anbarında PARTLAYIŞ: Ölənlər var

Türkiyənin Kırıkkale bölgəsində özəl bir şirkətə məxsus sursat anbarı və utilizasiya müəssisəsində baş verən partlayış nəticəsində iki nəfər həlak olub. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Kırıkkale valiliyindən verilən məlumata görə, hadisədən dərhal sonra müvafiq qurumla

23 iyun
.

Avropa İttifaqına daxil olma qaydaları dəyişir

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y

26 iyun
.

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl

29 iyun
.

Azərbaycanlı səfir Özbəkistanda ordenlə təltif edildi

Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Özbəkistanda mükafata layiq görülüb. xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, iyunun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu ölkədəki diplomati

22 iyun
.

Hava KƏSKİN DƏYİŞİR: Bu tarixdən LEYSAN BAŞLAYIR - XƏBƏRDARLIQ

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensi

5 sentyabr
.

Bakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla

18 iyun
.

Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayn

16 iyun
.

Tovuzda gənc oğlan çayda batdı

Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl

16 iyun