DİQQƏT: Dünya müharibəsi bu ərazidən BAŞLAYA BİLƏR - ŞƏRH

DİQQƏT: Dünya müharibəsi bu ərazidən BAŞLAYA BİLƏR - ŞƏRHSiyasi sferada baş verən hadisələrə diqqət yetirdikdə, ekspertlər tərəfindən üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı anonslar verilir. Ukrayna-Rusiya müharibəsində tərəflər dondurulmuş münasibətlərə keçsə də, Ukraynanın Kurska daxil olması vəziyyəti gərginləşdirdi. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Eyni zamanda Yaxın Şərqdə təhlükə pik həddə çatır. İranda Həmas lideri İsmayıl Haniyənin ölümü və İranın qisas almaq istəyi ilə əlaqədar İranda təhlükəsizlik təmin edilir, vətəndaşlar isə sığınacağa yerləşdirir.

Əlbəttə ki, proseslər Cənubi Qafqazdan yan keçmir. Ermənistan qərb dövlətləri tərəfindən silahlandırılır və müharibənin başlanmasına zəmin edirlər. Cənubi Qafqazı da müharibə meydanına çevirməyə çalışırlar. Prosesləri nəzərdən keçirsək, Üçüncü Dünya müharibəsi hansı bölgədə baş verə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Üçüncü Dünya müharibəsinin bu və ya digər formada getdiyi haqda versiyalar var. İkinci dünya müharibəsinə baxdıqda indiki dövrdə baş verənləri dünya müharibəsi adlandırmaq olmaz:

"Daha çox soyuq müharibə şərtlərinə uyğundur. Bir qədər lokal münaqişələrin qızdığı bir dövrdür. Bəziləri bunu üçüncü dünya müharibəsi adlandırır. Fikrimcə bu dünya müharibəsi deyil, bu daha çox böyük güclərin bir-birinə hücumu yox, başqa ölkələrin ərazisini poliqona çevirməkdir. Məsələn Ukrayna bu gün Amerika, Qərb və Rusiyanın dünyada güc uğurunda mübarizəsinin poliqonuna çevrilib. O cümlədən yaxın şərq ölkələri uzun müddətdir ki, belə bir rol oynayır. Bu müharibələrin arxasında dayanan böyük güclərin birbaşa toqquşması baş vermir. Maksimum bu prosesə nəzarət edirlər. Həmin həddə çatmasının qarşısını almağa çalışırlar. Amma bu proses istənilən vaxt nəzarətdən çıxa bilər. Rusiya zaman-zaman taktiki silahları ilə təhdid edir. Elə bir situasiya baş verə bilər ki, buna əl atsa həqiqətən daha böyük müharibələrin başlanğıcı ola bilər. Ukrayna və Yaxın Şərqdə baş verən müharibələri müqayisə etdikdə fikrimcə, üçüncü dünya müharibəsinin başlanması Yaxın Şərqdə baş verə bilər. Bu ehtimal daha böyükdür. Ukraynada tərəflər müharibənin maksimum bu ərazidə məhdudlaşmasında maraqlıdır".

Siyasi şərhçinin sözlərinə görə, NATO və Rusiya birbaşa toqquşmada maraqlı deyil. Ona görə müəyyən bir sərhədləri gözləyirlər. Ritorikada təhdidlər olsa da bu sərhədləri aşmırlar. Amma Yaxın Şərqdə mənzərə fərqlidir:

"Yaxın Şərq qarışıq bir bölgədir. Burada tək iki tərəf deyil, burada bir çox qüvvələrin, xüsusilə proksi qüvvələrin olması və terror təşkilatlarının fəallığı vəziyyətin istənilən vaxt nəzarətdən çıxmasına gətirib çıxara bilər. Rusiya, Amerika başda olmaqla qərb ölkələri Yaxın Şərqdə toqquşmalara tam nəzarət edə bilmirlər. Yaxın Şərqdə birdən çox ölkə var. Hətta Çinin özü belə bu proseslərə fəal müdaxilə edir. O cümlədən Türkiyənin kifayət qədər nüfuzu var. Burada bir cəbhədən söhbət getmir. Hər cəbhənin və tərəfin özünəməxsus qüvvələri və maraqları var. Bu həm terror təşkilatlarıdır, həm də proksi qüvvələrdir. Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxması ehtimalı daha böyükdür. Burada bütün ölkələrin aktiv iştirak edəcəyi müharibədən danışırıq. Hətta hər hansı bir təhlükəli bir silahın terror təşkilatlarının əlinə keçib, istifadə edilməsi böyük müharibəni tətikləyə bilər. Bu cür ehtimallar çoxdur. Fikrimcə ötən əsrin tarixinə baxdıqda İkinci Dünya müharibəsi 20-ci əsrin nizamını formalaşdırdı. 21-ci əsrin xəritələrinin və yeni dünyanın nizamı olmalıdır. Bu gün yaşananlar prosesin tərkib hissəsidir. Hazırda baş verənlər Birinci Dünya müharibəsindən sonrakı dövrə daha çox bənzəyir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2462   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə "Ekosid" anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması dəyişikliyi təsdiqləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sənədi təsdiqləyib. Dəyişikliyə əsasən

18 noyabr
.

"ABŞ-a qarşı qeyri-etik davranan Avropalı diplomatın dünyanın digər ölkələrinə qarşı eyni davranması o qədər də təəcüblü deyil" - AÇIQLAMA

"Avropanın təhlükəsizliyi və xarici siyasətindən məsuliyyət daşıyan və diplomat sayılan Jozep Borrelin açıqlamaları son dövrlərdə bütün siyasi etikanı, diplomatik nəzakəti aşmaqdadır. Jozep Borrel Avropa birliyi ölkələri xaricindəki bütün ölkələri demək olar ki, "cəngəllik" ölkələri adlandırıb"

15 noyabr
.

Belçikanın baş naziri Bakı bulvarında idman edib

COP29-da iştirak üçün ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kro Belçikanın Azərbaycandakı səfiri Julyen De Fraypont ilə Bakı bulvarında idman edib. -in məlumatına görə, fotoları öz "X" hesabında səfir Fraypont paylaşıb. "Bakı bulvarında səhər tezdən Baş nazi

13 noyabr
.

"Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir" - DEPUTAT

"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilən COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı qlobal müstəvidə ekoloji problemlərin həlli, iqlim dəyişiklikləri ilə mübarizə və ölkəmizin bu sahədə siyasəti ilə bağlı bir çox mühüm məsələlər

14 noyabr
.

Prezident ailəsi COP29-da - Foto

Xəbər verdiyimiz kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. "Qafqazinfo"nun məlumatına görə, tədbirdə Prezident İlham Əliyevin ailə üzvləri də iştirak edib. Bununl

12 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "İsraillə ticarəti də, əlaqələri də kəsdik"

"Hazırda Türkiyə Cümhuriyyəti dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsmişik". -ın "TRT Haber"ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdışı zamanı təyyarədə jurnalistlərin sualların

13 noyabr
.

Baş nazir qərar imzaladı

"İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları"nda dəyişiklik edilib. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnteqrasiya təliml

20 noyabr
.

COP29 ilk uğura imza atdı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imza atıb. "Qafqazinfo" xəbər verir ki, planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələr

12 noyabr
.

Leyla Əliyeva "AzərEnerji" və "Azərişıq" ASC-lərin pavlyonuna da baxdı - Video

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində "yaşıl zona"ya baxış keçirən zaman "AzərEnerji" və "Azərişıq" ASC-lərin pavlyonunu ziyarət edib. "Qafqazinfo" xəbər verir ki

13 noyabr