Evə silahlı basqın edildiyini polisə o xəbər veribmiş... - Rəsmi

Evə silahlı basqın edildiyini polisə o xəbər veribmiş... - RəsmiSentyabrın 9-da Bakının Binəqədi rayonunda evə silahlı basqın edən şəxslərdən biri həbs edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin gün saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib.

Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək "102 Xidməti-Zəng Mərkəzi"nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd "Makarov" markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2177   Tarix: 12 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Polkovnik, arvadı və qardaşı ölmüşdü - 9 il həbs verildi

Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyya

17 sentyabr
.

Başına silah dayayıb 30 milyon istədi - Gecəki basqının detalları - Video

Xəbər verdiyimiz kimi, sentyabrın 9-u axşam saatlarında Binəqədi rayonu Abay Kunanbayov küçəsində evə silahlı basqın olub. Polis əməkdaşları bir ailəni cinayətkarın əlindən xilas edib. "Qafqazinfo" Baku TV-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, cinayətkarlar saat 21:00 radələrind

10 sentyabr
.

Maşın ustası iş yerində GÜLLƏLƏNDİ

İstanbulun Sarıyer rayonunda maşın ustası İlhan Gürleyen işləyərkən ona yaxınlaşan şübhəli şəxs tərəfindən öldürülüb. türk mediasına istinadən xəbər verir ki, Sarıyer rayonu Hüzur Məhəlləsində yerləşən avto təmir sexində baş verən hadisədə maşın ustası İlhan Gürleyen (54) ona yaxınlaşan şəxs tərəfində

9 sentyabr
.

Azərbaycanda kişi arvadını güllələdi

Lerikdə silahlı insident olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Zövnə kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib. Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib. O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub

9 sentyabr
.

Qisasını keçmiş sevgilisinin qızından ALDI: Uşağı itə yem etdi, meyitini isə TƏPİKLƏDİ

ABŞ-də yaşayan Tayşel Elis Martin naməlum səbəbdən keçmiş sevgilisindən qisas almaq istəyib. xarici mənbəyə istinadn xəbər verir ki, gözünü əsəb bürüyən qadın intiqamını sevgilisinin 9 yaşlı qızından alıb. Qadın rotveylər itini azyaşlanın üzərinə salıb. İt azyaşlını parçalayaraq öldürüb. Tayşel dah

4 sentyabr
.

Əhmədin məhkəməsi 1 ay sonraya qaldı

Bütün ailə üzvlərini amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. "Qafqazinfo"nun məlumatına görə, 25 yaşlı Əhməd bu gün saxlanıldığı xüsusi xəstəxanadan polisin müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməli idi. Laki

10 sentyabr
.

Eltisinin ölümünə səbəb olan plastik cərrahla bağlı bu qərar verildi

Bu il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, istintaqla "AzE Estetik Mərkəz"

9 sentyabr
.

Rusiyada törədilən qətl Azərbaycanda araşdırılacaq

Rusiyanın Novosibirsk şəhərində 36 yaşlı Natalya Ustinovanın qətli ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb. yerli mediaya istinadla bildirir ki, Rusiya Federasiyasının region üzrə İstintaq İdarəsinin rəisi Yevgeni Dolqalevin sözlərinə görə, cinayət işinə təqsirləndirilən şəxsin hazırda yaşadığ

7 sentyabr
.

Ağadadaş Ağayevin "MedEra Hospital"la bağlı şikayətinə nə vaxt baxılacaq?

Xalq artisti Ağadadaş Ağayevin "MedEra Hospital"a qarşı Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə keçiriləcək məhkəmənin vaxtı bilinib. "Qaynarinfo"nun məlumatına görə, işə oktyabrın 10-da hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, ifaçı məhkəmədə "MedEr

9 sentyabr