BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?

BAKI ATATÜRK LİSEYİNDƏ RƏZALƏT – 11-ci sinif şagirdləri məktəbdən niyə qovulub?"Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu, Sizin "türkçülüyünüz", "turançılığınız"?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluq? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?"

Bu, sual, təəccüb və şikayət dolu cümlələr "AzPolitika.info" saytının baş redaktoru Elnur Məhərrəmlinin Bakı Atatürk Liseyində üzləşdiyi qanunsuzluq, dərəbəyliklə bağı "Facebook" səhifəsindəki paylaşımından götürülüb. E.Məhərrəmlinin 2 övladı bu ilədək sözügedən məktəbdə təhsil alıb.

Baş redaktorun qeydlərindən məlum olur ki, Atatürk Liseyində Azərbaycan qanunları tapdaq altına atılmaqla bərabər bu məktəbdə təhsil alan şadirdlərin valideynləri şantaj olunur, onlara hər hansı etiraz, şikayət etmək hüququ tanınmır.

Elnur Məhərrəmli yazır: ""Türkçü-turançı diktatorlar"la yollarımızı ayırdıq! "Hədəf Liseyi" ilə davam edəcəyik. Səbuhi və Dəniz bundan sonra təhsillərini Hədəf Liseyində davam etdirəcəklər. 11-ci sinifdə məktəb dəyişməyə məcbur olduq. "Türk liseyi" brendinə qara ləkə olan Bakı Atatürk Liseyi ilə son ildə yolumuzu ayırdıq.

Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox-çox uzağında olsa da, son illərdə sürətlə təhsilhaqqını artırmağa başlayıb.

Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinin liseyidir. Bu vəqfi professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, "okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır". Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.

Lakin nə işdirsə, məqsədləri "ticari amac" daşımayan bu liseydə hazırda illik təhsilhaqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseylərin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu "türkçü-turançı bəylərin" Bakı Atatürk Liseyi tərtəmiz "ticari amacla" fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!

Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsilverən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın. Demək "ticari amac" daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. 28 May metrostansiyasının yanında darısqal, həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura köçdük. 9-cu sinifdə təhsilhaqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılşadıq. Bu il isə bu "türkçü-turançı dələduzlar" heç bir əsaslandırma, izah vermədən, tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar. Üstəlik, etiraz etmək və ya heç olmasa səbəbini öyrənmək istəyən valideyinləri heç qəbul belə etmək istəmirdilər.

Övladı 11-ci sinifə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə – Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldilər. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email adresinə 2 valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük Demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültekin "beni nasıl şikayət edərsiniz" deyə həmin 2 valideynin uşağını məktəbdən qovdu!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10734   Tarix: 17 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr