Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün – 20 sentyabr

Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün – 20 sentyabrİndiyə qədər Azərbaycan xalqı İkinci Qarabağ müharibəsinə qədər az qala hər ayı rayonlarımızdan birinin işğalı günü kimi hüznlə qarşılayırdı. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan və cəmi 44 gün ərzində tarixi Qələbəmizlə nəticələnən savaşdan sonra bölgədə yeni reallıqlar yarandı. Həmin reallığın mənitiqi nəticəsi olaraq bölgədə söz sahibi olan ölkəmiz üçün suverenliyimizi bərpa etmək və Qarabağdakı seaparatizmin kökünü kəsəmək üçün yeni imkanlar yarandı. Belə ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başlayaraq Qarabağdakı seapatrçı rejimi 24 saata diz çökdürdü. Bu tarixi əməliyyat sayəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Əməliyyat nəticəsində ölkəmizdəki separatizm ocağı məhv edildi və dədə-baba torpaqlamızdakı erməni hərbi birləşmələri tərksilah olunaraq ölkəmiz ərazisindən çıxarıldılar. Bundan sonra qondarma rejim özünü buraxdığını elan etdi. Nəticədə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə şanlı Azərbayan Bayrağı dalğalanmağa başladı. Geridə qalan bir il ərzində bir çox tarixi hadisə də yaşandı. Belə ki, Azərbaycan tarixində ilk dəfə bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Birgünlük lokal tədbirləri Azərbaycan dövlətinin qüdrətini, əzmini və bacarığını bütün dünyaya bir daha göstərdi.
Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Heç bir mülki infrastruktura zərər verilmədi, sadəcə legitim hərbi hədəflər vuruldu. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma "prezident"lərini seçir, qondarma "parlament"lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı.
Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20-də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Bəli, bir zamanlar ölkəmizi təhdid edərək, "əgər bir daha hərbi əməliyyatlar başlarsa, biz Yevlağa kimi gedəcəyik" deyən, hətta reinteqrasiya proseslərinin müzakirəsi üçün məkan kimi Bakı və Yevlax şəhərlərinə gəlməkdən nümayişkarənə surətdə imtina edib öz şərtlərini irəli sürən mənfur düşmən ikinci dəfə "dəmir yumruq"un zərbəsini daddıqdan sonra yalvarmağa başladı. Antiterror tədbirlərinin qısa müddətdə və peşəkarlıqla başa vurulması bir daha sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri- Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti Qələbə qazanaraq, yüz ildən bəri bizə "miras" qalan bu ağrılı problemi birdəfəlik həll etdi. Həm də bu şanlı Qələbəmiz Ermənistanın 21 sentyabr müstəqillik gününə "hədiyyə" oldu.
Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən böyük dahilik isə odur ki, həlli mümkünsüz görünən problemləri həll etmək qüdrətində olasan. Cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə böyük güclərin hər cür təhdid və hədələrinə rəğmən bütün çətinliklərə sinə gərərək öz haqlı və qəti mövqeyindən əsla dönmədi. Beləliklə, ölkəmizin başçısı ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzmli və qətiyyətli olmağın, prinsipial mövqeyindən əsla geri çəkilməməyin düsturunu yaratdı. Həm də bir əsrlik problemin bir gündə həlli dünyanı da heyran etdi.
Ən başlıcası isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.

Metin Hüseynov - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 974   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev və Şavkat Mirziyoyev arasında telefon danışığı - Nələr müzakirə edildi?

Martın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev dövlətimizin başçısın

19 mart
.

"Sülhdən yaxşı heç nə ola bilməz" - Prezident

"Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasını

11 mart
.

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Xanoba kəndinə səfəri ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 mart
.

XIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir

Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarını

12 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət

20 mart
.

Prezidentlə xanımı Xocavəndə getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovu

18 mart
.

Prezident: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir"

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışınd

12 mart
.

Prezident dövlət agentliyinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikas

16 mart
.

Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Qaynarinf

12 mart