Həkimdən bu valideynlərə XƏBƏRDARLIQ: Uşağınızı qoruyun, yoxsa...

Həkimdən bu valideynlərə XƏBƏRDARLIQ: Uşağınızı qoruyun, yoxsa...Artıq yeni dərs ilinə start verilib. Dərs ilinin başlanğıcı payız ayına, fəsil dəyişən ərəfəyə təsadüf etdiyi üçün şagirdlər, xüsusən də, ibtidai sinifə gedənlər arasında soyuqdəymə, qrip kimi hallar müşahidə olunur. Ümumiyyətlə bu dövrdə uşaqların sağlam qalması üçün nələrə diqqət etmək lazımdır? Ətrafda olan yoluxucu xəstəliklərdən qorunmalarını necə təmin etmək olar?

Bu haqda "Yeni Sabah"a danışan pediatr infeksionist Aytən Ziyadova açıqlama verib:

"Dərs ilinin başlanğıcı və payız aylarının gəlişi ilə uşaqların sağlamlığını qorumaq üçün diqqət yetirilməsi vacib olan bir neçə əsas məqam var:

İlk növbədə möhkəm immunitetin dəstəklənməsi əsasdır. Uşaqların balanslı və vitaminlərlə zəngin qidalanmasına diqqət edin. Mövsümi meyvə və tərəvəzlər, protein və liflər uşaqların immun sistemini gücləndirir. Çoxlu maye qəbul etmək də vacibdir, xüsusən də su və C vitamini ilə zəngin içkilər (məsələn, təbii şirələr).

Havanın təmizliyini təmin etmək lazımdır. Otaqların və siniflərin mütəmadi olaraq havalandırılması mikrobların yayılmasının qarşısını almaq üçün vacibdir. Sinif otaqlarında və evdə nəmləndiricilərin istifadəsi quru havanın qarşısını alaraq uşaqların nəfəs yollarının sağlam qalmasına kömək edir.

Həmçinin gigiyena qaydalarına əməl etməyi də unutmamalıyıq. Uşaqları əl yumaq vərdişinə alışdırmaq çox önəmlidir. Hər yeməkdən əvvəl, tualetdən sonra və məktəbdən evə qayıdanda əllərini sabunla yumaq vacibdir. Çalışın ki, uşaqlar yuyulmamış əllərini üzlərinə, xüsusən də ağız, burun və gözlərinə vurmasınlar".

Həkim vurğulayıb ki, istirahət və yuxu rejiminə diqqət mütləqdir:

"Uşaqların kifayət qədər yatması immuniteti gücləndirir və onların soyuqdəyməyə qarşı daha dayanıqlı olmasına kömək edir. Gün ərzində oyunla, açıq hava fəaliyyətləri ilə də balansı qorumaq vacibdir.

Tibbi müayinələr və peyvəndlərdə diqqətdə saxlanılmalıdır. Vaxtında peyvəndlərin vurulması (qrip peyvəndi daxil olmaqla) uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qorumağa kömək edir. Uşaqların illik tibbi müayinələrini unutmayın və mövsümi xəstəliklərə qarşı tədbirləri həkimlə məsləhətləşin.

Kütləvi yerlərdən uzaq durmaq da vacib nüansdır. Xüsusilə infeksiyaların yayıldığı mövsümlərdə sıx yerlərdə olmaq risklidir. Uşaqları belə yerlərdən uzaq tutmaq və ya izdihamlı yerlərdə maska taxmaq faydalıdır. Bu tövsiyələr uşaqların sağlamlığını qorumaq üçün effektiv üsullardır".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1715   Tarix: 22 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy

8 oktyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr