"Qarabağ"ın oyunu ilk "beşlik"də
Avropa Liqasının ilk turunda mütləq izlənilməli olan oyunlar seçilib.
"Qafqazinfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni formatda keçiriləcək turnirin ilk turunda tamaşaçılara 5 matç tövsiyə edilib.
Onlar arasında "Qarabağ"ın Londonda "Tottenhem"lə keçirəcəyi qarşılaşma da var.
İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb: "Çempionatda uğursuz nəticələr göstərən "Tottenhem" durmadan inkişaf edən "Qarabağ" önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər".
İzlənilməsi məsləhət görülən digər oyunlar isə "Mançester Yunayted" – "Tvente", "Qalatasaray" – PAOK, "Ayaks" – "Beşiktaş" və "Roma" – "Atletik"dir.
Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək. "Tottenhem" – "Qarabağ" matçı isə bu ayın 26-sı baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1455 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu
Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla
22 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13 oktyabrAzərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar
18 oktyabr