Azərbaycan klubları Çexiya təmsilçiləri ilə əvvəlki 12 oyunda qələbə qazana bilməyib
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda bu gün keçiriləcək "Sabah" - "Slaviya" oyunu Azərbaycan və Çexiya təmsilçilərinin avrokuboklardakı 13-cü matçı olacaq.
Sonxeber.az-ın məlumatına görə, indiyədək ölkə komandalarından "Qarabağ", "Şəmkir" və "Karvan-Yevlax" çexlərə rəqib olublar.
İlk belə qarşılaşma 1997/1998 mövsümünə təsadüf edib. "Qarabağ" UEFA Kubokunun I təsnifat mərhələsində "Yablonets"ə hər iki görüşdə uduzub - 0:3, 0:5.
Daha sonra "Sabah"ın hazırkı rəqibi "Slaviya" "Şəmkir"lə üz-üzə gəlib. Azərbaycan klubu 2000/2001 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin hər iki oyununda məğlub olub - 0:1,1:4.
2006-cı ildə isə "Karvan"ın yolu "Slaviya" ilə kəsişib. Yevlax təmsilçisi evdə 0:2 hesabı ilə uduzsa da, Praqada qolsuz heç-heçəyə nail olub.
10 il sonra - 2016-cı ildə "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşıb. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edən matçların hər ikisi bərabərliklə bitib - 0:0, 1:1. Plzen təmsilçisi səfər qolu üstünlüyünə görə mərhələ adlayıb.
Ağdam klubu həmin mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan" kollektivi ilə münasibətlərə aydınlıq gətirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıdakı matçda heç-heçə edib - 2:2. Səfər görüşündə meydan sahibləri üç cavabsız qolla üstün olub.
Nəhayət, 2022/2023 mövsümündə "Qarabağ" növbəti dəfə "Viktoriya" ilə üz-üzə gəlib. UEFA Çempionlar Liqasının pley-off mərhələsində çexlər sevinən tərəf olublar - 0:0, 1:2.
Beləliklə, Azərbaycan klubları Çexiya komandaları ilə 12 dəfə qarşılaşsalar da, qələbə qazana bilməyiblər.
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Slaviya" oyunu saat 20:45-də start götürəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 283 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı
4 oktyabrDünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşə çıxacaq
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb. R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub. Cüdoçumuz mübarizəni təsəlliveric
6 oktyabr"Çelsi" futbolçusu Koul Palmerlə müqavilənin müddətini uzadıb
İngiltərənin "Çelsi" klubu yarımmüdafiəçi Koul Palmerlə müqavilənin müddətinin uzadıldığını elan edib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddəti 2034-cü il iyun ayının sonuna qədər nəzərdə tutulub. K.Palmer 2023-c
10 oktyabrAzərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27
7 oktyabrEdin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
3 oktyabrBir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)
Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki "Monumental" stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə "Albiceleste" formasını geyinib. Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib
7 oktyabrRafinya "Barselona"nın növbəti iki oyununu buraxacaq
İspaniyanın "Barselona" komandasının hücumçusu Rafinya növbəti iki matçda iştirak etməyəcək. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik məlumat verib. Mütəxəssis braziliyalı futbolçunun zədələnmədiyini, lakin ehtiyatlı olmalı olduqların
9 oktyabrƏfsanəvi futbolçu Artyom Dzyuba karyerasını başa vurdu
Rusiyanın məşhur hücumçusu Artyom Dzyuba 38 yaşında peşəkar futbolçu karyerasını başa vurub. xəbər verir ki, bu barədə 38 yaşlı futbolçunun özü açıqlama verib. Dzyuba son olaraq "Akron"da çıxış edib və klubdan ayrıldıqdan sonra azad agent statusunda idi. O, karyerası ərzində "Spartak Moskva"
4 oktyabr