İrana görə təyyarələr Bakıya məcburi eniş etdi
İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.
Bu barədə "Qafqazinfo"ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Varşava–Mumbay reysini həyata keçirən "LOT Polish Airlines" aviaşirkətinin "Boeing 787" təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.
Eyni səbəblə "Qatar Airways" aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən "Boeing 787" təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən "Airbus A-380" kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3691 Tarix: 01 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr