Gənc müəllimlər məcburi olaraq kənd və rayon məktəblərinə göndərilə bilər - AÇIQLAMA

Gənc müəllimlər məcburi olaraq kənd və rayon məktəblərinə göndərilə bilər - AÇIQLAMAGünümüzdə ən aktual problemlərdən biri də rayonlarda müəllim çatışmazlığı ilə bağlıdır. Hansı ki, ixtisaslı kadrların bölgələrdə fəaliyyət göstərməkdən imtina etməsi, zamanla müxtəlif problemlərə yol açıb və açmaqda da davam edir. Bəs,buna səbəb nədir? Və bu problemin həllini tapması üçün hansı addımlar atılır ya da atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, müəllimlərin rayonlarda çalışmaq istəməməsinin bir neçə səbəbləri var:

"Kənd və rayon məktəblərinin keyfiyyətli təhsillə təmin olunması üçün kifayət qədər ixtisaslı müəllim heyətinin olmaması ciddi təhsil fərqliliklərinə səbəb olur. Şəhərdən çıxmayan müəllimlərin böyük hissəsi isə əsasən şəhərlərdə daha yaxşı iş şəraiti və sosial imkanların olmasını əsas gətirir. Bu durum həm təhsil keyfiyyətinə, həm də regionların inkişafına mənfi təsir göstərir.

Müəllimlərin rayonlarda çalışmaq istəməməsinin bir neçə əsas səbəbi var. Birincisi, infrastruktur və həyat şəraitidir. Şəhərdə yaşam daha çox sosial və iqtisadi imkanlar təklif edir, müəllimlərin ailələrinə, uşaqlarına daha yaxşı təhsil və tibbi xidmət imkanı verir. İkincisi, sosial mühitin fərqli olmasıdır. Şəhər mühitinə alışmış müəllimlər rayonlarda uyğunlaşmaqda çətinlik çəkə bilər. Ailələrini şəhərdə qoyub rayonlara gedən müəllimlər isə ailədən uzaq qalmağın yaratdığı psixoloji çətinliklərlə üzləşirlər. Üçüncü əsas səbəb isə maddi imkanlardır. Şəhərdə işləyən müəllimlərin maaşı eyni olsa da, şəhərdə əlavə gəlir imkanları, dərs keçmək, təlim və fərdi dərslər vermək kimi yollar var. Rayonlarda isə bu tip əlavə gəlir mənbələri daha məhduddur".

Ekspert açıqlamasında onu da qeyd etdi ki, hazırda müəllimlərin rayonda fəaliyyət göstərməsi ilə bağlı müəyyən dərəcədə addımlar atılır:

"Bu problemin həlli yollarından biri, dövlətin müəllimlər üçün xüsusi təşviq proqramları hazırlamasıdır. Hazırda müəyyən dərəcədə bu istiqamətdə addımlar atılsa da, bunlar yetərsizdir. Məsələn, müəllimlərin rayonlarda çalışmağa həvəsləndirilməsi üçün maaşlarda fərqləndirmə tətbiq olunmalı və mənzil şəraiti təklif olunmalıdır. Belə təşviq proqramları regionlara müəllim axınını artırmaq üçün əsas addımlardan biri ola bilər.

Bundan başqa, gənc müəllimlərin məcburi olaraq kənd və rayon məktəblərində təcrübə keçmələri sistemi tətbiq oluna bilər. Bu həm müəllimlərin peşəkar bacarıqlarının inkişafına, həm də rayon məktəblərinin qısa müddətli olsa belə ixtisaslı kadrlarla təmin olunmasına kömək edərdi. Bu təcrübə, məsələn, Finlandiyada geniş şəkildə tətbiq olunur və uğurlu nəticələr verir.

Eyni zamanda, rayonlardakı məktəblərdə infrastrukturu yaxşılaşdırmaq da vacibdir. Müəllimlərin yaxşı şəraitdə işləməsi üçün məktəblər müasir tədris vasitələri ilə təmin olunmalı, müəllimlərin yaşam şəraitləri yüksəldilməlidir.

Müəllimlərin rayonlarda çalışmaq istəməməsinin qarşısını almaq üçün görülən tədbirlərə baxdıqda, təhsil naziri tərəfindən bəzi təşviqlər elan olunub. Lakin bu tədbirlər daha geniş miqyaslı və davamlı olmalıdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1669   Tarix: 07 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr