Xocalının küçələrinə işıq çəkiləcək
Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçələrinə işıq dirəkləri quraşdırılacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, rayonun Ballıca kəndinin küçələrinə işıq dirəklərinin quraşdırılması işləri aparılacaq. Xocalının Ballıca kəndi ilə yanaşı, Ağdərə rayonu Həsənriz kəndinin də küçələrinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılacaq.
Məlumata görə, artıq bununla bağlı "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.
Qurum işğaldan azad olunmuş ərazilərdə sözügedən işlərin icrasını "Enerji İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 353.619,8 AZN (353 min 619 manat 8 qəpik) olan müqavilə bağlayıb.
Qeyd edək ki, "Enerji İnşaat" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Musayev Abubəkir Əlimurad oğludur.
Xatırladaq ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb.
Kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. 2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi işğaldan azad edilib.
Ağdərə rayonunun Həsənriz kəndi isə Tərtərçayın sol sahilində yerləşir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalı edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Həsənriz kəndi Azərbaycanın nəzarətinə qayıdıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 791 Tarix: 21 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində
İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları
10 sentyabrŞəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabrPensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali
10 sentyabr