"İlhamdan sonra Fərizə sanki donur: özünü yandırmaq istəyir..." sevgi dastanı

Bu gün Qanlı Yanvar hadisələrindən 27 il ötür. Həmin ildə doğulanlar ömürlərinin gənclik çağını yaşayırlar. Bugünkü yazımızın qəhrəmanı da ölüm şərbətini elə ömrünün 27-ci qışında dadmışdı və yaşasaydı 55 yaşını qeyd edəcəkdi. Ancaq onun getdiyi yol neçə yüz illər keçsə də, yaddaşlarda daima yaşayacaq.

Sonxeber.az bildirir ki, report-un əməkdaşları Azərbaycan xalqının heç vaxt unutmayacağı bu hadisələrin ildönümündə qəhrəmana, sevgi simvoluna çevrilmiş İlham və onun Fərizəsinin həyat yoluna nəzər salıb. Bu məqsədələ onlar İlhamın doğmalarının yaşadığı evdən reportaj hazırlayıb.

Həmin reportajı təqdim edirik:

İlhamın doğmalarının yaşadığı evə üz tutduq. Bizi mərhumun qardaşı Elxan Allahverdiyev qarşıladı.

Bu evin qapısının heç kimin üzünə bağlanmağa ixtiyarı yoxdur

E.Allahverdiyev bildirdi ki, Azərbaycan xalqı hər zaman şəhidlərin ailəsinə arxa-dayaq olub: "Sağ olsunlar, çox böyük sevgi ilə hörmətimizi saxlayırlar. Hətta hansısa bir məclisdə iştirak etdiyimiz zaman tanıyanlar gəlib bizimlə görüşürlər. Bəzən bu cür yüksək münasibətdən utanıram, təbii ki, çox qürur da duyuram. Ona görə də qapımız hər kəsin üzünə açıqdır, bağlamağa ixtiyarımız yoxdur".

Sonra birlikdə yeddinci mərtəbəyə qalxırıq. Elxan müəllim qısa zaman kəsiyindən yararlanaraq, anası Ofeliya xanımın vəziyyəti ilə bağlı əvvəlcədən bizi məlumatlandırır: "Anam insult keçirib. Bəzən hər şeyi unudur, sonra təkrar xatırlayır".

Ailə üzvləri bizi çox mehribanlıqla qarşılayır. Ailənin ağbirçəyi Ofeliya İbrahimova xəstə olmasına baxmayaraq, qızının qolundan tutub qapıya gəlir. İllərin kədəri hopmuş iri gözlərini qırpmadan diqqətlə bizə baxır. Evin gəlini Afət xanım, İlhamın bacısı Rəsmiyyə xanım yüksək qonaqpərvərlik nümayiş etdirirlər.

Həmin illəri xatırlamaq çox ağırdır

E.Allahverdiyev deyir ki, həmin illəri təkrar-təkrar xatırlamaq asan deyil. Burada bir məqamı qeyd edim ki, İlhamın anası, bacısı insult keçirib. Təbrizli sənətkarın İlhamla Fərizənin məhəbbətinə həsr etdiyi xalçanın evə gətirildiyi gün onu görən Ofeliya ana "balam gəldi" deyib, huşunu itirib. Ailə üzvləri bildirirlər ki, anası hərdən saatlarla oturub xalçaya baxır, oğlu İlhamla söhbətləşdiyini deyirmiş. Bundan sonra xalçanın üzərini örtürlər. Hazırda Ofeliya ana arabir yaddaşını itirir, sonra təkrar xatırlayır. Hadisələrdən 27 il ötə bilər, amma ailə həmin acının dərinliyini dünən olmuş kimi yaşayır.

Onlar tariximizn canlı şahidləridir. Ona görə də Elxan müəllimdən həmin illəri bir daha yada salmasını istəyirik: "1990-cı il yanvar ayında baş verənlər milli oyanış, milli azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. 1987-ci ildə Azərbaycanda ermənilərin Qarabağı Ermənistana birləşdirmək istəyinə qarşı başlayan milli azadlıq hərəkatının kuliminasiya nöqtəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşandı. Həmin gecə uzun illər fəxrlə xidmət etdiyimiz ordu Azərbaycan xalqını qan içində boğdu. 133 şəhid verdiik, 744 insan yaralandı. Həmin şəhidlərdən biri də İlham Allahverdiyev oldu".

Ailə üzvlərinin sözlərinə görə, İhamda vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək olub. Xanımı Fərizə də onun kimi vətənpərvər imiş. Mitinqlərə də ikisi birlikdə gedirmişlər. Qardaşı vurğulayır ki, ərlə arvadın torpağının bir yerdən götürülməsi ilə bağlı olan deyim İlhamla Fərizənin timsalında bir daha təsdiqini tapırdı: "Bəlkə vətənpərvərlik qanımızda olan bir şeydir. Babam Böyük Vətən Müharibəsində - 1943-cü ildə Krımda həlak olub. Nəvəsi 1990-cı ildə şəhid oldu. Qardaşım olduğu üçün tərifləyə bilmirəm. Çox zarafatcıl, həm də ciddi insan idi. Onda əsl Azərbaycan kişisinə məxsus xüsusiyyətlər cəmlənmişdi".

Ailə əslən Ağdamdan olsa da, 1972-ci ildə Bakıya köçüb. O zaman İlhamın 10 yaşı olub. Ataları erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırmış. İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Qayıtdıqdan sonra isə Bakıda gəmi təmiri zavodunda işə düzəlir. İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir. Aparıcı mütəxəssis kimi formlaşır. Meydan hərəkatı başlayanda isə proseslərin iştirakçısına çevrilir.

Sevgi hekayəsi belə başlayır...

Evlilik yaşına çatmasına baxmayaraq, ailə həyatı qurmağa tələsməyən İlhama anası, bacıları müxtəlif qızlardan soraq verir, fikrini öyrənməyə çalışırlar.

Ailəsi deyir ki, məhəllədə yaşayan xeyli qızın İlhamdan xoşu gəlirmiş. Nəhayət, günlərin birində İlham adları çəkilən qızlardan birini seçir. Bu qız 10 il bacısı Gülbənizlə eyni sinifdə oxuyan 19 yaşlı Fərizə olur. Ailə də İlhamın bu seçiminə çox sevinir. Çünki Fərizəgil onların qonşusu idi. Martın 19-da nişan, iyunun 30-da toy olur.

Həmin gecə saat 00:00 radələrində divarda işləyən saat əbədi dayanır

"Məhəllədəki insanlar, şəhər sakinləri "Alov" zavodunun yanına, Biləcəri yoxuşu deyilən yerə yığışmışdıq. Tankların şəhərə daxil ola bilməməsi üçün yol kəsilmişdi. Ərazidə xeyli avtomobil var idi və tanklar da onların yaxınlığında dayanmışdılar. Ancaq hərəkət etmirdilər. Təbii ki, şəhər sakinləri mənzillərində qalmamışdı. Biz ocaq qalayıb gözləyirdik. Tam sakit, sanki qeyri-adi bir gecə idi. Saat 1-ə 5-6 dəqiqə işləmiş Xl Qızıl Ordudan iki tank hərəkətə gəldi və göyə iki fişəng atdılar. Fişəngin atılması ilə də qarşı tərəfdən tanklar maşınları əzə-əzə irəliləməyə başladılar. Hamı atılan güllələrin rezin olduğunu deyərək qorxmamağı və əl-ələ verib oturmağı məsləhət gördülər. Ramiz adlı bir kişi dedi ki, bunlar həqiqi güllələrdir, güllənin qarşısına çıxmayın. Bir də baxdım ki, İlham yanımda yoxdur. İlhamgil yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır. Onlar İlhamı da güllələyirlər. Həmin ərazidə ilk vurulan İlham olur. Onu Resbulika Klinik Xəstəxanasına aparırlar. Əməliyyat vaxtı işıqlar sönür. Qəzet yandırıb onun işığında əməliyyatı aparırlar, amma faydası olmur..."

İlhamın bacısı Rəsmiyyə xanım deyir ki, İlham vurulan gecə divarda olan saat əbədi dayanır. Başları qarışıq olduğundan ailə həmin saatın durduğunu sonradan görür və rəqəmlərin donduğu tarixin İlhamın öldüyü dəqiqələr olduğu müəyyənləşir. İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir.

Hadisədən sonra Fərizə sanki donur. Özünü yandırmaq istəyir, qarşısını alırlar. Nə yemək yeyir, nə də su içir: "Hey, İlham, sənə özümü çatdıracağam" - deyirdi. İlhamla birlikdə yemək yeməsindən üç gün keçsə də, dilinə heç nə vurmurdu. Təcili yardım maşını gəlib ona iynə vuranda heç nə hiss etmirdi, durub baxırdı".

Beləcə, üç gün sonra 6 ayın gəlini olan 19 yaşlı Fərizə dediyini edir və həyatına son qoyur...

İlham və Fərizənin adını daşıyan park arzusu

"20 Yanvar Azərbaycan tarixinin bir səhifəsidir. Azərbaycan ikinci dəfə müstəqilliyini 20 Yanvar şəhidlərinin qanı hesabına əldə edib. Bu insanların qanı bahasına SSRİ adlı imperiyanın çöküşü başlayıb. O tarixdən gözəl bir gün-sevgililər günü də doğub", -deyir Elxan müəllim.

O söyləyir ki, dünyada bu hadisənin bənzəri yoxdur və bu, Azərbaycan xalqının başucalığıdır. Onun sözlərinə görə, bu, bütün türk dünyasına, müsəlman aləminə örnək olacaq bir hadisədir: "Şəhid olmuş gəncin həyat yoldaşı onsuz yaşamır və ən şirin nemət olan canına qıyır. Bunu Azərbaycan qadını edə bilərdi. Bu da Fərizənin timsalında baş verdi. Təbii ki, belə dastanlar var. Amma bu hadisə gözümüzün qarşısında oldu. Təəssüf ki, biz buna tam qiymət verə bilmirik. Şairlərimiz yazıb, mahnı qoşulub, filimlər çəkilib. Vətənpərvərliyin, sədaqətin gözəl nümunəsi olan hadisəyə diqqət var. Hətta bu qapını döyənlər arasında Türkiyədən, Rusiyadan, "Əlcəzirə" telekanalından, İspaniyadan mətbuat və televiziya nümayəndələri olub. Hadisə bizim olduğundan şirindir, doğmadır. Ona görə də xatirələri əbədiləşsə, onların adı ilə bağlı sədaqət və ya sevgililər parkının olması yaxşı olardı. Əvvəl evlənənlər "26 Bakı Komissarı"nın abidəsinə gül qoyub and içirdi. Gül qoyulacaq ən pak yer, örnək ola biləcək bir məkan var. Şəhərin mərkəzində, hamının əlçatan yerində olan parklardan birinə onların adı verilə bilərdi. Doğrudur, adlarını daşıyan gəmi, zavod var. Xalq, dövlət onların xatirəsini əziz tutur".

Bütün Azərbaycan xalqı kimi bu ailənin də ən yaralı yeri Dağlıq Qarabağ problemidir. E.Abdullayev deyir ki, Qarabağ alınsa, digər işlər həllini tapar: "Cəbhədən hər gələn xəbərlərdən ürəyim həyəcanlanır. Atamın, qohumlarımın qəbri işğal altındadır. Arzu edirəm ki, problem tez həllini tapsın və millət kimi başımızı uca tutub yaşayaq".

"İlhamın adını nəticəmə verəcəm"

"Ailədə İlhamın, Fərizənin adını daşıyan kimsə varmı" - deyə soruşuram. Rəsmiyyə xanım deyir ki, Fərizənin adını qardaşı qızı daşıyır. İlhamın ailəsində isə hələ onun adını verəcəkləri körpə dünyaya gəlməyib.

Söhbətin bu yerində oturduğundan bəri kəlmə kəsmədən bizi dinləyən Ofeliya ana dilə gəlir: "Nəvəm İbrahim hərbi xidmətdədir. Evlənsin, İlhamın adını onun oğluna verəcəyəm".

Beləcə gələcəyə, gözəl günlərə doğru ümid dolu fikirlə söhbətimizə yekun vururuq.

Ailə ilə vidalaşdıqdan sonra Şəhidlər xiyabanında İlham və Fərizənin məzarını da ziyarət etdik. İndi onlar eyni məzarda uyuyurlar. Xiyabanda onlarla yeniyetmə və gəncin mübarizlərin məzarını ziyarət etməsinin şahidi olduq. Azərbaycan xalqı qanı bahasına müstəqilliyə imza atan ilhamlarını, fərizələrini ziyarət etməyi daim özünə borc bilir...
"İlhamdan sonra Fərizə sanki donur: özünü yandırmaq istəyir..." sevgi dastanı"İlhamdan sonra Fərizə sanki donur: özünü yandırmaq istəyir..." sevgi dastanı"İlhamdan sonra Fərizə sanki donur: özünü yandırmaq istəyir..." sevgi dastanı


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2027   Tarix: 20 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobusda gərgin anlar: qalmaqallı ifadələr etiraz doğurdu - VİDEO

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda ictimai nəqliyyatda baş verən mübahisə qısa müddətdə geniş rezonans doğurub. İETT avtobusunda iki qadın sərnişin arasında başlayan gərginlik sonradan daha da kəskinləşərək mübahisəyə çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisənin avtobusun keçi

1 aprel
.

Trampın müharibə israrı fonunda vətəndaşlar çətin vəziyyətdə: qadın göz yaşlarını saxlaya bilmədi - VİDEO

Trampın müharibə ilə bağlı sərt mövqeyi fonunda İran ilə gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu isə ABŞ-da yaşayış xərclərinin artmasına gətirib çıxarıb. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir qadının artan yanacaq və kirayə qiymətlərin

3 aprel
.

Qadına xalta taxıb gəzdirdi, sonrası daha skandal! - VİDEO

Bir kişinin idman müəllimli olan rusiyalı qadına xalta taxaraq onu it kimi gəzdirməsi əks olunan görüntülər sosial mediada geniş etiraz doğurub. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan video qısa müddətdə gündəmə çevrilib və ciddi müzakirələrə səbəb olub. Görüntülərdə kişinin

1 aprel
.

Sevgilisini matça aparan kişi həyatının şokunu yaşadı - VİDEO

Xaricdə NBA oyunlarından birində tribunada yaşanan hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc bir kişi sevgilisi ilə birlikdə oyunu izləməyə gedib. Lakin qarşılaşma zamanı baş verən hadisə matçın özündən daha çox diqqət çəkib. Tribunada əyləşə

3 aprel
.

Boşanan qadının sözləri böyük müzakirələrə səbəb oldu - VİDEO

Boşandıqdan sonra 4 yaşlı övladı ilə tək yaşayan bir ana sosial mediada etdiyi paylaşımda qarşılaşdığı çətinlikləri dilə gətirərək diqqət çəkib. Ana uşaq baxımı ilə bağlı məsuliyyətin qeyri-bərabər bölüşdürülməsinə etiraz edib. türk mediasına istinadən xəbər verir ki, paylaşımında keçmiş həyat yoldaşını

31 mart
.

Suqovuşanda mina partlayışında xəsarət alan şəxsin vəziyyəti bilindi

Ağdərə rayonunun Suqovuşan kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan şəxs bu gün saat 15:20 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib. Qeyd olunu

1 aprel
.

Masazırda çökən yolla bağlı RƏSMİ AÇIQLAMA

Xırdalan-Masazır-Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama verilib. Hadisə qeydə alınan kimi dərha

1 aprel
.

Bələdiyyə işçisi külçə-külçə qızıl tapdı: sahibi tapılmasa xalq arasında bölüşdürüləcək

Almaniyanın Bannevitz şəhərində boş bir ərazidə tapılan 10 külçə qızıl bölgədə böyük maraq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, şəhər bələdiyyəsinin başçısı Heiko Versig bildirib ki, qızılların sahibi ortaya çıxmasa, əldə ediləcək gəlir xalq arasında bölüşdürüləcək. Hadisə yerli əhali tərəfində

1 aprel
.

Motosiklet mübahisəsi faciə ilə bitdi: Atalarını amansızlıqla qətlə yetirdilər

Kırıkkale şəhərində ailə daxilində bir müddətdir davam edən gərginlik dəhşətli cinayətlə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ata Davut Düzenci ilə oğulları arasında yaranan mübahisə onun oğluna məxsus motosikleti sındırması ilə daha da alovlanıb. Nəticədə 19 və 23 yaşl

2 aprel