Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi - Fotolar

Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FotolarBu gün Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib.

Sonxeber.az xəbər verir ki, iclasda 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 106 illiyi münasibətilə bir qrup prokurorluq işçisinin Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar prokurorluq işçiləri adından ölkə rəhbərliyinə təşəkkür və dərin minnətdarlıq bildirilib.

Bundan sonra da hər bir prokurorluq əməkdaşı tərəfindən fəaliyyətləri ərzində insan vətəndaş hüquq və azadlıqların qorunması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin intensiv qaydada davam etdirilməli olduğu, xüsusən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması sahəsində səmərəliliyin artırılmasının vacibliyi vurğulanıb.

Daha sonra, Baş prokuror Kamran Əliyev tərəfindən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələrinin daim inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması, ölkəmizin bir sıra regional, eləcə də beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qeyd edildi və bu tədbirlər çərçivəsində ölkəmiz və prokurorluq üçün müstəsna əhəmiyyət kəsb edən,170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari ilin 27 sentyabr - 02 oktyabr tarixlərində paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda çıxışda qeyd olunub ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi mötəbər bir tədbirin paytaxtımızda keçirilməsinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi dünya ölkələri tərəfindən ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin siyasi səriştə və bacarığına, habelə nüfuzuna olan inamın və rəğbətin göstəricisidir.

Tədbir zamanı Baş prokuror tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilmiş bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edilib.

Bundan başqa, iclasda cari ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş 26-cı müsabiqənin gedişatı barədə məlumat verilərək, prokurorluğun fəaliyyəti ilə əlaqədar bir sıra kadr məsələləri üzrə qərarlar qəbul edilib.

Tədbirdən sonra Baş Prokurorluğun rəhbərliyi yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.
Baş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FotolarBaş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FotolarBaş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FotolarBaş Prokurorluğun geniş kollegiya iclası keçirildi - FotolarBaş Prokurorluğun geniş kollegiya iclası keçirildi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1672   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr