Samir Qurbanov ölkədən nə qədər pul çıxarıb?

Samir Qurbanov ölkədən nə qədər pul çıxarıb?KATV1 ("AG Telekom" MMC) ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, KATV1 İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"AG Telekom" MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Murad Məmmədovun sədrliyi ilə işə baxılacaq.

İXM-nin 430.4-cü maddəsinin tələbinə aydınlıq gətirən hüquqşünas Əkrəm Həsənov Tribunainfo.az-a bildirib ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

"Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var".

Ə.Həsənov deyib ki, iki il ərzində həmin mal ölkəyə gəlməlidir: "Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib".

Ə.Həsənov bildirib ki, qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var: "Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var".

Qeyd edək ki, "AG Telekom" MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir. Şirkətin rəhbəri Samir Qurbanovdur.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 302   Tarix: 11 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sarayda şagird məktəb binasından yıxıldı

Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsində

11 oktyabr
.

Uşaqlar buna görə şikəst doğulur - VACİB XƏBƏRDARLIQ

"Anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında artımın bir çox səbəbi ola bilər və bunlar həm genetik, həm də ətraf mühit amillərinə bağlıdır. Statistikada 20 faiz artımın müşahidə olunması geniş miqyasda nəzərdən keçirilməli bir vəziyyətdir". xəbər verir ki, bu sözləri "Yeni Sabah"

11 oktyabr
.

Bu görmə məhdudiyyətli gənc azərbaycanlı tanınmışın ÖVLADI İMİŞ

"Həmin Zaur" verlişinin yeni buraxlışında çoxları üçün ilk dəfə eşidəcəkləri faktın üstü açılıb. -a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal studiyada insturmental musiqiçilər arasında əyləşən görmə əngəlli gəncin verlişin qonağı olan məşhur toy aparıcısı Pünhan İsmayıllının övladı olduğun

11 oktyabr
.

Kilosu 2000 manatdır: Diqqət! Zəfəranın saxtası belə hazırlanırmış - VİDEO

Dünyada bahalı ədviyyatlar siyahısına daxil olan zəfəran Azərbaycan mətbəxində də geniş istifadə olunur. Ölkə.Az xəbər verir ki, bu məhsul növündən asılı olaraq müxtəlif qiymətlərə təklif olunur. Əsl keyfiyyətli zəfəranın qiyməti isə çox bahadır. Buna görə də, tələbat olan bir çox məhsullar kimi təəssü

11 oktyabr
.

Stomatoloji klinikada oğurluq - Anbaan görüntülər

Mingəçevir şəhərində yerləşən stomatoloji klinikalardan birində həkimin pul kisəsi oğurlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 7-də şəhərin 20 Yanvar küçəsində yerləşən tibb müəssisəsində baş verib. Həmin klinikada işlədiyi bildirilən şəxsin gizli şəkildə diş kabinetlərindən birin

11 oktyabr
.

Orxan Mürsəlovun eks-müavininə cinayət işi başlanıb

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının iki ay əvvəl vəzifəsindən azad edilən müavini Vəfa Allahverdiyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sabiq müavin tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Onların əməlində

11 oktyabr
.

"Əhmədin həbsi mövcud problemlərin həllinə kömək etməyəcək" – AÇIQLAMA

Bakıda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan olunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi 25 yaşlı Əhmədin cinayəti anlaqsız vəziyyətdə törətməsi ilə bağlı ekspert rəyini əsasl

11 oktyabr
.

Yasamalda 20 yaşlı qız özünü binadan atıb

Bakıda gənc qız özünü binadan atıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 08 radələrində Yasamal rayonu Mətbuat prospektində baş verib. 2004-cü il təvəllüdlü Zəhra Emin qızı Hüseynzadə yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından özünü atıb. O, xəstəxanaya yerləşdirils

11 oktyabr
.

Başqasının ailəsinə sataşdığı iddia olunan şəxsi soyundurub təhqir etdilər

Azərbaycanda naməlum şəxslər ailələrinə sataşdığını əsas gətirərək bir nəfərdən qisas almaq məqsədilə şəxsiyyətini alçaldıblar. Belə ki, sözügedən şəxsi gizli bir əraziyə gətirərək soyundurublar, daha sonra fiziki zorakılığa məruz qoyaraq təhqir ediblər. hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğ

11 oktyabr