Azərbaycanda məktəblərdə 10 illik təhsil yenidən tətbiq oluna bilər - AÇIQLAMA
İllər öncə məktəblərdə təhsil 10 illik idi. Buna baxmayaraq yetərincə savadlı, cəmiyyətə daha yararlı insanlar formalaşırdı. Məktəblər də təhsilin 11 illik olması keyfiyyət etibarı ilə müsbətə doğru bir o qədər də dəyişmədi. Bəs, bu səbəbdən məktəblərdə təhsil yenidən 10 illik ola bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.
Ekspert açıqlamasında 10 illik təhsilin yenidən tətbiq olunmasına meyl göstərildiyini də qeyd edib:
"İlk növbədə onu qeyd edim ki, illər öncə 10 illik təhsil sistemi ilə yetərincə savadlı, yüksək nailiyyətlər əldə edən insanlar cəmiyyətimizdə önəmli vəzifələrdə çalışırdılar. Bu insanlar hər sahədə peşəkar fəaliyyət göstərərək, elmi, texnoloji və idarəetmə sahələrində ciddi uğurlar qazanmışlar. Bu fakt təhsilin daha qısa bir dövr ərzində də kifayət qədər effektiv olduğunu göstərir.
Hazırda isə 11 illik təhsil sistemi tətbiq edilir. Bunun əsas səbəblərindən biri təhsil proqramlarının genişləndirilməsi və müasir dövrün tələblərinə cavab verən kompetensiyaların formalaşdırılmasıdır. İndiki dövrdə texnologiyaların, qlobal iqtisadiyyatın və əmək bazarının tələbləri daha sürətlə dəyişir, buna görə də tədris planlarına daha çox mövzular daxil edilir, şagirdlərə daha çox bilik və bacarıqlar öyrədilir. 11 illik təhsildə əsas məqsəd şagirdləri daha geniş bilik bazası ilə təmin etmək, onlara müasir dünyada uğurla rəqabət apara bilmək üçün zəruri resurslar verməkdir.
Lakin bu məsələyə yanaşdıqda, bəzi ölkələrdə 10 illik təhsilin yenidən tətbiq edilməsinə meyl göstərildiyi də müşahidə edilir. Finlandiya kimi təhsil sahəsində qabaqcıl ölkələrdə məktəb illəri hər bir şagirdin fərdi bacarıq və maraqlarına uyğun şəkildə təşkil edilir, bu da daha qısa müddətdə effektiv nəticələr əldə etməyə imkan verir. Azərbaycanda da bu məsələyə yenidən baxılması mümkündür, amma təhsilin məqsədi və məzmunu dəyişmədən sadəcə illərin qısaldılması problemi həll etməyə bilər. Əsas hədəf, məzmunun və tədris üsullarının modernləşdirilməsi, şagirdlərin təhsil sistemindən optimal nəticələr əldə etməsinə şərait yaratmaqdır.
Təhsilin yenidən 10 illik sistemə keçməsi üçün daha geniş və düşünülmüş islahatlar lazımdır. Bu islahatlar təhsilin keyfiyyətinin artırılmasına, şagirdlərin intellektual və yaradıcı potensialının tam şəkildə ortaya çıxmasına xidmət etməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Sabah hava necə olacaq?
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?