"Aylıq 950 manat maaş alan polis övladının illik təhsil haqqını ödəməkdə çətinlik çəkir" – AÇIQLAMA

"Aylıq 950 manat maaş alan polis övladının illik təhsil haqqını ödəməkdə çətinlik çəkir" – AÇIQLAMA"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərar 2024-cü il iyulun 1-dən tətbiq edilir.

Bəs görəsən bu dəyişikliklər polislərə də aid ediləcək?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, polislərin əmək haqqı artırılmalıdır:

"Polislərin əmək haqqı artırılmalıdır. Bütün sahələrdə qiymətlərin artımı, iqtisadi və sosial çətinliklərin çoxaldığı bir ərəfədə polisin əmək haqqının artırılmaması onun cinayətkarlıqla mübarizə fəaliyyətinin səmərəli həyata keçirilməsinə öz mənfi təsirini göstərir.. Bu gün Azərbaycan polisini Avropadakı ilə müqayisə edəndə əmək haqqının azlığı aydın görünür. Amma peşəkarlığın həyata keçirilməsi və cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında qətiyyətlilik də Azərbaycan polisini dünyanın polislərindən fərqlənir.

15 il daxili işlər orqanlarında xidmət aparan mayor rütbəli polisin əməkhaqqı 950 manatdır. Sosial fonda vergiləri nəzərə alsaq aylıq əldə etdiyi gəlir təxminən 850 manat edir. Düşünəndə ki, polisin övladları ali təhsil məktəblərində ödənişli əsaslarla oxuya bilər və təhsil haqları da 2000-3000 manatdır. Bu halda polisin yaşam tərzi sual altında qalır. Övladının illik təhsil haqqını ödəməkdə çətinlik çəkir. Normal olaraq polis öz sosial və iqtisadi çətinliklərini, ehtiyaclarını təmin etmək üçün mütləq mənada başqa yollar axtarmağa başlayır. Belə yolların axtarışı isə onları cinayətkarlıqla mübarizdə yubada bilər. Polis əməkdaşları kommisyon normalardan artıq iş rejiminə cəlb olunurlar. Onlar 8 saat işləmirlər, həftəsonları, bayram günləri istirahət etmirlər. Bütün bu fəaliyyətləri xalqın rahatlığını təmin etmək üçündür. Buna görə düşünürəm ki, maaş artımı mütləq mənada olmalıdır. Çünki bu zamanın tələbidir. Bu olmasa cinayətkarlıqla mübarizədə sapmalar yaranacaq".

Milli Məclisin komitə sədrlərinə 200 minlik xidməti maşın ayrılıb:

"Bu yaxınlarda mətbuatda oxudum ki, milli məclisin komitə sədrlərinə xidməti maşın kimi Mercedes Benz markalı avtomobillər istifadəyə verilir. O maşınların qiyməti 200 min manata yaxındır. Bütövlükdə komitə sədrlərinə verilən bu xidməti maşınlar milyon yarımdan çox dəyərindədir. Düşünürəm ki, əmək haqqının artımı məqsədi ilə bu tip halları budamaq lazımdır. Olmasın 200 minə yaxın Mercedes Benz, olsun daha münasib qiymətli Tayota markalı maşın. Bu şəkildə dövlət büdcəsindən gedən pullara qənaət etməklə Azərbaycan Respublikasının dövlətçiliyini qoruyan, sabitliyi davamlı edən polisin əmək haqqının artırılmasına nail olmaq olar. Bu gün Azərbaycan polisinin əmək haqqı nə Baş Prokurorluqda çalışan, nə də Dövlət Təhlükəsizlik Xidmətində çalışan şəxsi heyyətin maaşları ilə müqayisə belə olunmur".

Çiçək Sadatova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6380   Tarix: 10 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitəsinin sədr müavini: "AYNA-nın və onun rəhbərinin fəaliyyətinə baxılamlıdır, su da bir yerdə qalanda iy verir"

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti uzun müddətdir ki, tənqid olunur. İstər kütləvi informasiya vasitələrində, istərsə də insanlar arasında narazılıq açıq-aydın hiss edilir. Əlbəttə, yeni yaradılan istənilən qurum fəaliyyətə başlayanda az-çox çatışmazlıqlar üzə çıxır. AYNA-nı

10 oktyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

10 oktyabr
.

"EFE Holding" məhkəməyə verildi

"EFE Holding" MMC məhkəməyə verilib. -ın xəbərinə görə, holdinqlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti " MMC edib. Mahiyyəti daşıma müqaviləsi üzrə mübahisələr olan iş hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq

10 oktyabr
.

İntiqam Məmmədov və sahibkarlar arasında qalmaqal davam edir

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun "20 Yanvar" metrostansiyasının keçidlərində və yerüstü fəaliyyət göstərən ticarət obyektlərini ələ keçirməyə çalışdığı iddia olunur. xəbər verir ki, bu barədə sahibkaların sosial şəbəkələrdə və mətbuatd

10 oktyabr
.

Azərbaycanda məktəblərdə 10 illik təhsil yenidən tətbiq oluna bilər - AÇIQLAMA

İllər öncə məktəblərdə təhsil 10 illik idi. Buna baxmayaraq yetərincə savadlı, cəmiyyətə daha yararlı insanlar formalaşırdı. Məktəblər də təhsilin 11 illik olması keyfiyyət etibarı ilə müsbətə doğru bir o qədər də dəyişmədi. Bəs, bu səbəbdən məktəblərdə təhsil yenidən 10 illik ola bilərmi?. Mövzu il

10 oktyabr
.

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvan istiqamətində rəqəmsal həllərin tətbiqini davam etdirir. Aviaşirkət rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, sözügedən marşrut üzrə sərnişinlərə göstərilən xidmət keyfiyyətini yüksəltmək məqsədilə reyslərə onlayn qeydiyyat xidmətini istifadəyə verir

10 oktyabr
.

İstaqramda tanış olduğu qızla evlənmək üçün Xoşqədəm Hidayətqızından kömək istədi - VİDEO

Azərbaycanda oğlan İstaqramda tanış olduğu qızla evlənmək üçün Xoşqədəm Hidayətqızından kömək istədi. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə müraciət edən oğlan bildirib. Oğlan bildirib ki, maddi vəziyyətim yaxşı olmadığına görə qızın anası və atas

10 oktyabr
.

Azərbaycanda 3 uşaqlı ailələr mənzillə təmin olunacaq? -AÇIQLAMA

Son illərdə bir çox ailə 1 uşaqla kifayətlənir. Bunun isə maddi durum, sağlamlıq, ev vs. kimi müxtəlif səbəbləri ola bilər. Başqa ölkələrdə 2-ci və 3cü uşağın da dünyay gətirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılır. Məsələn həmin ailələr evlə təmin oluna bilir. Bəs, Azərbaycanda 3-cü uşa

10 oktyabr
.

Namiqin 23 yaşlı bacısı bədbəxt hadisə zamanı vəfat edib

Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq olan sənətçi 23 yaşında bacısının vəfat etdiyini deyib:. "Bacım 23 yaşında vəfat edib. Gədəbəydə kənddə evdə qalanda qaz partlamışdı. Subay idi, ailəli deyildi. Biz bir bacı, bir qardaş idik

10 oktyabr