Bu xəstəlik sürətlə "cavanlaşır" – ÖLÜM HALLARI ARTIB

Bu xəstəlik sürətlə "cavanlaşır" – ÖLÜM HALLARI ARTIBDünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadır. Ümumən ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir.

İnsult əvvəllər daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, indi bu xəstəlik olduqca "cavanlaşıb".

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır:

"Bu, həyat tərzinin dəyişməsi, insanların intensiv və davamlı formada informasiyalara məruz qalması, qida rasionunda orqanizmə mənfi təsir göstərən maddələrin çox olması ilə əlaqədardır. Gənclərin mütəmadi istifadə etdiyi müxtəlif içkilər və ayaqüstü qidaların əksəriyyəti insan bədənində tədricən şəkər və bu kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Həmin qida məhsullarının tərkibində qan təzyiqini qaldıran və şəkər normasını artıran zərərli maddələr yetərincə çoxdur.

Bir müddət sonra gənclərin bir çoxunda təzyiqin stabil artımı və qanda şəkərin yüksəlməsi kimi xəstəliklər meydana çıxır. Hipertoniya, yəni qan təzyiqinin yüksəlməsi isə gələcəkdə infarkt, insult kimi xəstəliklərin baş verməsinə gətirib çıxarır. Gənc yaşda olan insanlar gərgin iş rejimi və mütəmadi yanlış qidalanma müqabilində təzyiqlərini çox nadir hallarda ölçdürürlər. Bu isə bir müddət sonra özünü arterial-hipertoniya ilə göstərir".

Kardioloq insanlara idmanla məşğul olmağı və xəstəliklərin müalicəsinə ciddi yanaşmağı tövsiyə edib:

"Sözügedən xəstəliklərin müalicəsinə çox ciddi yanaşmaq, həyat tərzini dəyişmək və daimi fiziki hərəkətdə olmaq lazımdır. İnsan sağlamlığı üçün gündəlik ən az 150 dəqiqə gəzmək mütləqdir. İdman və fiziki hərəkət orqanizmdə hüceyrələrin sürətlə bərpa olunmasına və yenilənməsinə gətirib çıxarır.

Digər tərəfdən, pis vərdişlərdən, piylənməyə gətirib çıxaran qidalardan uzaq durmaq lazımdır. Oturaq və qeyri-aktiv həyat tərzi gələcəkdə insan səhhəti üçün ciddi problemlər yaradır".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1463   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Səsiniz qocalmağınızdan xəbər verə bilər - Alimlərdən yeni kəşf

Süni intellekt texnologiyaları insan orqanizmindəki yaşlanma prosesini qiymətləndirmək üçün yeni imkanlar yaradır. Alimlər insanın səsindən istifadə etməklə onun bioloji yaşlanmasının sürətini müəyyən edə bilən süni intellekt sistemi hazırlayıblar. Ölkə.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırm

8 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25 oktyabr