"İydə"nin rəhbəri ölkədən külli miqdarda pul çıxarıb?

"İydə"nin rəhbəri ölkədən külli miqdarda pul çıxarıb?"İydə" MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, "İydə"nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"İydə" ilə bağlı iş baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilib. 5 noyabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

"Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var".
Qeyd edək ki, "İydə" 2017-ci ildən fəaliyyətə başlayıb. Şirkətin 150-dən çox brend, 1000-dən çox ətir çeşidi ilə məşhurdur. "İydə"nin sahibi Rütəm Verdiyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 438   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tapdığımız əşyaya görə pul istəyə bilərik?

Günümüzdə hər hansı bir itən əşyanı tapan şəxsin mükafatlandırılması əsasən onun sahibinin səxavətinə bağlı olur. Yəni əşyanı tapan şəxsə hər hansı formada bəxşişin verilib-verilməməsinə qarşı tərəf qərar verir. İtən əşyalarla bağlı verilən elanlarda onu tapıb təhvil verənin mükafatlandırılacağı və

24 oktyabr
.

Azərbaycanlı idmançı döyüldü - Video

Rusiyanın Engels şəhərində Tümen şəhərindən olan idmançı, 24 yaşlı Daniil Sidorov azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayevə hücum edib. -a istinadən xəbər verir ki,nəticədə Cavid Rzayevin dişi sınıb. Barların birində baş verən insidentdə dostları Cavidi müdafiə etməli olublar. Qeyd edək ki, Cavid Rzaye

24 oktyabr
.

TİKİNTİ MAQNATININ AĞLAGƏLMƏZ "OYUNU"... - "EuroHome"-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb?

Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən "EuroHome" tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü "müflis" elan edib. " "-a istinadla xəbər verir ki, bu fakt Möhnətovl

24 oktyabr
.

"Xəzər TV"yə xəbərdarlıq edildi

Audiovizual Şura "Xəzər TV"nin efirində yayımlanan qeyri-etik sözə görə kanala xəbərdarlıq edib. Bu barədə -a Şuradan məlumat verilib. Bildirilib ki, buna səbəb "Xəzər TV" kanalının efirində 22 oktyabrda saat 22.00-23.10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiy

23 oktyabr
.

AZAL-dan bu şəhərlərə endirim kampaniyası

24 oktyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Ciddə, Bəhreyn, Daşkənd, Ürgənc və Bişkek istiqamətləri üzrə uçuşlara sərfəli tariflər təklif edərək yeni aksiyaya start verir. Kampaniya çərçivəsində xüsusi qiymətlər noyabrın 25-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir

24 oktyabr
.

Natiq Aydayevin rəhbərlik etdiyi "Caspian Energy Group" gömrük qaydalarını pozdu

"Caspian Energy Group" MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib. Məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini

24 oktyabr
.

Bakıda kran obyektin üzərinə aşdı

Bu gün paytaxtın Yasamal rayonunda kran obyektin üzərinə aşıb. Bu barədə görüntülər Baku TV-nin "Telegram" kanalında paylaşılıb. Hadisə nəticəsində evlərə, mağazalara və avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerindən görüntüləri təqdim edirik:

24 oktyabr
.

Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda keçiriləcək COP29 - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədardır. xəbər veri

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu ölkələrə fəlakət addım-addım yaxınlaşır

Alimlər Şimali Atlantik Okeanının əsas cərəyanlarının dağılması ilə bağlı qaçılmaz kataklizm (red: daşqın, subasma) barədə xəbərdarlıq ediblər. xarici KİV-ə istinadən xəbər verir ki, açıq məktubu 44 aparıcı iqlimşünas alim imzalayıb. Müraciətdə ekspertlər siyasətçiləri təcili tədbirlər görməyə çağırıb

24 oktyabr