"2 nəfərin ölümündə birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi günhkardır" - Hafiz Hacıyev

"2 nəfərin ölümündə birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi günhkardır" - Hafiz HacıyevDünən Sabunçu ərazisində yağış suları ilə dolmuş tuneldə avtomobil batıb. 2 nəfər şəxs yağış sularında boğularaq ölüblər. Bəziləri bu hadisənin yağışın normadan artıq yağdığı üçün baş verdiyini deyir. Bəs əslində kimdir günahkar? Yağış yoxsa…

Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Sonxeber.az – a danışıb:

Azərbaycanda əksər dövlət qurumları iflic haldadır:

"Azərbaycanda bu işə baxan əksər qurumlar iflic vəziyyətdədir. Çünki vəzifədəki şəxslər təcrübəsiz adamlardır. Vaxtilə həmin adamlar küçələrdə konfet satırdı. İndi isə başlarına şöhrət quşu qonub. Gəlib vəzifələrə oturublar və sözün əsl mənasında milləti qırırlar. Dünənki yağışda iki nəfərin ölməsi bizim üçün utancverici haldır. Azərbaycanda 2010-cu ildə kanalizasiyaların yenidən qurulması, su borularının yenidən çəkilməsi üçün dövlət büdcəsindən külli miqdarda pul ayrıldı. Həmin kommisiyanın sədri də Ramiz Mehdiyev təyin edildi. Amma ayrılan pullar yeyildi. Ona görə də bu gün harda nə baş verir bilən yoxdur. Azərsu bu işdə günahkardır. Bu barədə cinayət işi qaldırılmalıdır ki, ayrılan pullar hardadır? Niyə belə bir vəziyyət yaranıb? Düşünürəm ki, bu məsələ çox ciddidir".

Vaxtında dövlətin pullarını yeyənlər indi həmin maliyyə ilə özlərinə xaricdə mülklər, villalar alıblar:

"Düzdür yollarımız təmir olunub. Amma altındakı kanalizasiyaların vəziyyəti nə yerdədir? İndi gedib məsul şəxsləri danışdırsaq bizi borclu çıxaracaqlar. Kanalizasiyalarımız SSRİ dövründən qalıb. Ona görə də bu vəziyyətdədirlər. Azərsunun məsul əməkdaşı özündə iradə tapmalıdır. Qorxmamalıdır kimin adamı olmasından asılı olmayaraq. Ortalığa çıxıb deməlidir ki, növbəti dəfə mən buna cavab verə bilməyəcəm. Bu hadisələr unudulmur. Əgər bu gün də olmasa bir neçə ildən sonra onlar törətdikləri üçün cavab verəcəklər. Bu gün təcrübəsiz, bacarıqsız, kimlərinsə tapşırığı ilə vəizfəyə gedən adamlar üzündən bunları yaşayırıq. Etdikləri üzə çıxanda isə hamısı xaricə qaçır. Vaxtında dövlətin pullarını yeyiblər. Həmin pullarla özlərinə xarici ölkələrdə mülklər, villalar alıblar. Bu mənim iddiam deyil. Hər şey göz önündədir. Dövlət başçısı təmir və abadlıq işləri üçün pullar ayırır. Bəs o pullar hara gedir? Kimdir buna nəzarət edən? Niyə bu məsələlərdə ortaya ciddi mövqelər qoyulmur? Məsələ çox ciddidir".

Ölkədə rüşvətxorluq baş alıb gedir:

"Bəziləri yağış çox yağdı deyə bu hadisə baş verdi deyirlər. Anlamıram deməli daha çox yağış yağsa Bakı suyun altında qalacaq? Bu zəlzələ ya da daşqın deyil. Sadəcə yağışdır. Bir çox dövlət məmurları da bu hadisədən məsuldurlar. Necə olur ki, cərimələri artırmağı bilirlər. Həmin cərimələr hesabına evlənib balayına gedirlər. Amma xalqa xidmət eləmək vaxtı gələndə yoxa çıxırlar. Hər halda mən istəyərdim ki, bu məsələnin həlli üçün addımlar atılsın. Bunun üçün də savadlı kadrlar, mütəxəssislər lazımdır.

Mütəxxəsislər olmadıqca bu sahədə heç bir məsələ həllini tapmayacaq. Azərbaycanda əksər sahələrdə savadlı kadrlar yoxdur. Vəzifəli şəxslər uşaqlarını, qohumlarını vəzifəyə qoyurlar və deyirlər peşəkar kadrdır. Əgər bir işi bacarmırsansa çıxıb gedib oturmalısan evində. Sizi heç kim məcbur etmir ki, gəlib vəzifədə oturub axşama qədər katibələrinizin ətrini qoxlayasız. Bacarmırsızsa getməlisiz. Ölkədə heç nə normal deyil. Rüşvətxorluq baş alıb gedir. İnsanlar tuneldə yağış suyundan boğulub ölür. Bu böyük biabirçılıqdır".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2663   Tarix: 23 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr