Tapdığımız əşyaya görə pul istəyə bilərik?

Tapdığımız əşyaya görə pul istəyə bilərik?Günümüzdə hər hansı bir itən əşyanı tapan şəxsin mükafatlandırılması əsasən onun sahibinin səxavətinə bağlı olur. Yəni əşyanı tapan şəxsə hər hansı formada bəxşişin verilib-verilməməsinə qarşı tərəf qərar verir. İtən əşyalarla bağlı verilən elanlarda onu tapıb təhvil verənin mükafatlandırılacağı vəd edilir.

Bəs qanunvericiliyə görə, belə şəxslərə bəxşiş verilməlidirmi?

"Qafqazinfo" xəbər verir ki, Mülki Məcəlləyə görə, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

Şəxs tapılmış itən əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs ondan əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də istəyə bilər. Əmlakı tapan şəxs bu barədə məlumat verməyibsə və ya onu gizlətməyə çalışıbsa, bu halda bəxşiş almaq hüququ olmur.

Əşyanı tapan şəxs bu barədə polisə xəbər verdiyi vaxtdan 1 il müddət keçdikdən sonra əmlakın (əşyanı tapan şəxsə onun sahibi məlum olduğu və ya mülkiyyətçinin əşyanın itməsi barədə polisə bildirildiyi hallar istisna olmaqla) sahibi olmaq hüququ əldə edir. Əşyanı tapan şəxs ondan imtina edirsə, səlahiyyətli orqan 1 il keçdikdən sonra əşyanı hərracda sataraq fayda götürə bilər. Əşya azqiymətli olarsa, səlahiyyətli orqan onu pulsuz özgəninkiləşdirə və ya məhv edə bilər.

Əgər tapıntı heyvan və ya tez xarab olan məhsuldursa, yaxud saxlanması böyük xərc tələb edirsə, 1 illik müddət tətbiq olunmur. Bu zaman əmlak özgəninkiləşdirilərək əldə edilmiş məbləğ əmlakın mülkiyyətçisinə qaytarılır.

Qanunvericilik hətta dəfinə - torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşyaların tapılması məsələsinə də aydınlıq gətirir. Belə ki, Mülki Məcəlləyə görə, tapılan dəfinənin mülkiyyətçisini bəlli etmək mümkün olmadıqda, onun gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə onu aşkar etmiş şəxsin mülkiyyətinə verilir. Onların arasında hər hansı bir razılaşma olmadıqda, tapıntıya bərabər şəkildə sahib olurlar.

Lakin dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, torpaq sahəsinin və ya əmlakın mülkiyyətçisinə verilməlidir.

Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyəri olduqda dövlət mülkiyyətinə verilməlidir. Bu zaman onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və onu aşkar etmiş şəxs birlikdə sərvətin dəyərinin 50 faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər.

Bu şəxslərin özləri ayrı qayda müəyyənləşdirməyiblərsə, bəxşiş onların arasında bərabər bölünür. Dəfinə onun gizlədildiyi əmlakın sahibinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 905   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah leysan olacaq, qar yağacaq

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr

4 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr