"Bu qətnamələr Azərbaycanın nəzərində effektiv olmayan kağız parçalarıdır" – AÇIQLAMA

"Bu qətnamələr Azərbaycanın nəzərində effektiv olmayan kağız parçalarıdır" – AÇIQLAMAAvropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bu qətnamə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz "töhfəsini" vermiş olur.

Bəs görəsən Azərbaycan buna necə reaksiya verəcək?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu qətnamələr Azərbaycanın nəzərində effektiv olmayan kağız parçalarıdır:

"Avropa parlamenti ilk dəfə deyil ki, Azərbaycana qarşı qətnamə qəbul edir. Amma bu qətnamələr sadəcə nəzəri mahiyyət daşıyır. Yəni bu qətnamələr və onların daxilində qeyd olunan məsələlərə görə Azərbaycana qarşı sanksiya tətbiq etmək, orda qeyd olunan tələbləri istəmək müzakirə mövzusu deyil. Buna görə də belə qətnamələr bizim nəzərmizdə sadəcə effektiv olmayan kağız parçalarıdır. Maraqlısı budur ki, Avropa Parlamenti nədənsə 30 illik işğal dövründə Ermənistana qarşı belə qətnamələr qəbul etməyib. Etsə də icrasını tələb etməyib. Bu baxımdan da indiki məqamda bizə qarşı atılan bu addım qərəzli, ikiüzlü və tərəfli bir yanaşmanın məhsuludur. Aydın məsələdir ki, Avropa Parlamentində bu qərarın qəbul edilməsində Erməni lobbisi və kilsənin rolu olduqca böyükdür. Ermənistan siyasətinin qurbanı olmuş bu ipli kuklalar faktiki olaraq Azərbaycana qarşı qərzəli mövqe sərgiləyir. Yəni mailiyyə aldıqları qüvvələrin tapşırıqlarını canla başla yerinə yetirirlər. Əslində bu qərarda iştirak edən və adı çəkilən şəxslər faktiki olaraq Avropa parlamentinin deputatları deyil, bir başa Ermənistana xidmət edən forpostlardır. Bu çox acınacaqlı və bir o qədər də gülünc hadisədir ki, adlı-sanlı Avropa ölkələrini təmsil edən şəxslər Ermənistanın tapşırığı ilə, onların istəyi əsasında bizə qarşı qətnamələr qəbul edirlər.

"Bu qətnamələr Azərbaycanın nəzərində effektiv olmayan kağız parçalarıdır" – AÇIQLAMADediyim kimi əgər vaxtında bu qətnamələr Ermənistana qarşı da qəbul edilsə və icrası tələb edilsəydi bizim üzərimizdə heç olmasa bir mahiyyəti olardı. Amma Ermənistana qarşı belə qətnamələr qəbul edilməyib. Bəzi qətnamələr qəbul edilib, amma onların da heç bir effekti olmayıb. Buna görə də bu qətnamələrin bizim üzərimizdə heç bir əhəmiyyəti yoxdur. Azərbaycan parlamenti də bu məsələ ilə bağlı gündəliyə bir məsələ çıxarmalı və reaksiya bildirməlidir. Ümumilikdə isə reaksiya bildirməsək də, dəyişən bir şey olmayacaq. Çünki bu ciddi bir məsələ deyil".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2837   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr