Əməkdar artist: "Universitetə girmədim, atam fəhləliyə məcbur etdi" - VİDEO - FOTO

Əməkdar artist: "Universitetə girmədim, atam fəhləliyə məcbur etdi" - VİDEO - FOTO"Təhminə"nin "Spartak"ından eksklüziv açıqlamalar.

"Atamın maşınını götürüb, 1 həftə evə gəlmədim"

ARB TV-nin "Ömrün fəsilləri" verilişinə qonaq olan əməkdar artist Füzuli Hüseynov maraqlı açıqlamalar verib.

Tanınmış aktyor uşaqlığından və ailəsindən danışıb:

"Mənim aktyorluğa həvəsim yox idi. Qardaşım stomatoloqdur. Onun uşaq vaxtı həvəsi var idi bu sənətə. O vaxt kinoya meylli idik. SSRİ filmlərinə baxırdıq. Yeni film gələndə klublarda ajiotaj yaranırdı. Artıq 9-10-cu sinifdən biz də hansı sahəyə yönələyəcəyimizi müəyyən edirdik. Düşündük ki, dəqiq elmləri bilmirik, tarix olsun. Ədəbiyyata daha çox meylli olduğum üçün incəsənətə gəldim. Dostum dedi ki, bu universitetdə dəqiq elmlərdən imtahan yoxdur".

Əməkdar artist gənc vaxtlarında fəhlə işlədiyini açıqlayıb:

"Atam və anam da qarşıma şərt qoydular ki, oxumalısan. Oxumasan, fəhlə işləyəcəksən. Nə oxumağım maraqlı deyildi, təki oxuyum. Dəcəl uşaq olmuşam. Dostumla gəlib İncəsənət Universitetinə imtahan verdik. İlk imtahandaca kəsildik. Heç nədən məlumatımız yox idi. Bu sahəyə tamam yad idik. Qayıdıb rayonda fəhlə işləməyə başladım. 6 ay elə çalışdım. Atamın da imkanı var idi ha məni yaxşı yerə düzəltməyə, amma cəza vermişdi. Universitetə daxil olanda atam dedi ki, sən fəhlə işləməsəydin, indi qəbul olmazdın. Fəhləlikdən bezib oxumağa qərar verdim. 5-ci sinifdən tutmuş bütün ədəbi kitabları oxudum, incəsənətin dərinliyinə endim. Axır ki, qəbul oldum. Tələbə biletimi alıb, gətirib anamla atama verdim. İnandılar. Atam dedi ki, nə istəyir ürəyin, de, edim. Dedim, maşının açarlarını və bir az pul ver. Verdi və 1 həftə evə gəlmədim. Dostlarımla oldum. Evə gələndə isə dedi ki, belə davam etsən, universitetin 1-ci kursunu belə bitirməyəcəksən. Açarları aldı və aylıq pul göndərəcəyini dedi. Mən hətta küsdüm ki, bunlar üçün universitetə girmişəm, bunlar mənə gör nə edirlər?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1971   Tarix: 24 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

İnsult keçirən Arif Babayevdən XƏBƏR VAR

Oğlu Yaşar Babayev Xalq artisti Arif Babayevin səhhətindən bəhs edib. xəbər verir ki, Y.Babayev MTV-yə açıqlamasında xanəndənin müalicəsinin yaxşı getdiyini deyib. O bildirib ki, atası hazırda Türkiyədə həkim nəzarətindədir:. "Atam yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi

16 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021