İnfarkt olmamaq üçün ispanaq yeyin
İspanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindən biridir.
"Qafqazinfo" xəbər verir ki, digər yaşıl yarpaqlı tərəvəzlər kimi ispanaq da sağlamlığımıza, xüsusən də xəstəliklərdən qorunmağa mühüm töhfələr verir.
İspanağın tərkibində bol miqdarda C, E və B vitaminləri, maqnezium, dəmir və kalsium var. Buna görə də yüksək qida dəyərinə malikdir.
İspanaq tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır. Bu tərəvəz sağlamlıq üçün riskli olan laxtalanmanı yavaşladır. C vitamini ilə çox zəngin olan ispanaq ürək-damar xəstəlikləri riskini azaldır. Kalium və liflə zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, xolesterini aşağı salır, ürək əzələsinin nizamlı işləməsini təmin edir.
İspanaq digər yaşıl yarpaqlı tərəvəzlərdən daha çox protein ehtiva edir. Yüksək qan təzyiqini aşağı salmaqda faydalıdır. Tərkibindəki zəngin lif miqdarı ilə qəbizliyin qarşısını alır.
İspanağın digər əhəmiyyətli təsiri xərçəngə qarşı qoruyucu təsir göstərməsidir. Bundan başqa, Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olan ispanaq tərkibindəki beta karotin və fol turşusu sayəsində yaddaşı gücləndirir və Alzheimerin inkişaf ehtimalını azaldır.
Davamlı ispanaq istehlakı həm də əzələləri gücləndirir. Həmçinin qaraciyərin təmizlənməsinə kömək edir. İspanağın tərkibindəki maqnezium maddələr mübadiləsini sürətləndirir.
Tərkibindəki antioksidantlar sayəsində ispanaq stresslə mübarizə apara bilir və stressin bədəndə verə biləcəyi zərərləri azaldır.
Araşdırmalara görə, qadınların xüsusilə hamiləlik dövründə ehtiyac duyduqları fol turşusunu əldə etmələrinin ən təbii yolu ispanaq yeməkdir. Çünki ispanaqda bol fol turşusu var.
Arıqlamaq istəyənlərin pəhriz siyahısına mütləq yer almalı olan bu tərəvəz uzun müddət tox saxlayaraq arıqlamağa dəstək olur.
İspanağın digər bir faydası da sümüklərin inkişafına töhfə verməsidir. İspanağın tərkibində olan K vitamini menopozdan sonra osteoporoz ehtimalını azaldır.
İspanağın tərkibindəki antioksidanlar da bədəndəki oksidləşdirici stressi azaltmağa kömək edir. Eləcə də, dərinin sağlamlığına töhfə verir.
İspanağı bişirməzdən əvvəl çox diqqətlə yumaq lazımdır. Çünki kökləri və yarpaqları da çoxlu torpaq qalıqlarını ehtiva edir. İspanağı yuduqdan sonra bir müddət sirkəli suda islatmaq olar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1281 Tarix: 19 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
1 noyabrDünyanın ən kiçik avtomobili hərracda satılacaq
"Ginnesin Rekordlar Kitabı"na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən "Peel P50" hərraca çıxarılır. "Qafqazinfo" xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki "Iconic Auctioneers" hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsal
6 noyabr2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə
1 noyabrXüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu
31 oktyabrEvdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
1 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrUstalar üçün müştəri etibarını artıran 5 əsas amil hansıdı?
Müştəri usta seçərkən yalnız qiymətə baxmır. İşin keyfiyyəti, ustanın davranışı və verdiyi sözə əməl etməsi də önəmlidir. Etibar qazanan ustalar daha çox tövsiyə olunur və daimi müştəri qazana bilirlər. Bəs müştərinin etibarını qazanmaq üçün usta nələrə diqqət etməlidir?. Peşəkarlıq və iş keyfiyyəti
3 noyabrNiyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. -a istinadən xəbər verir ki, mavi v
5 noyabr