"Qusar rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması problem olaraq qalır"- Deputat
İqlim dəyişikliyi fonunda su anbarlarının tikilməsi və bərpası daha aktualdır.
Sonxeber.az xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Yaxşıdır ki, büdcə tərtib edilərkən qısamüddətli deyil, həm də uzunmüddətli hədəflər nəzərə alınıb, gələcək nəsillərin rifahı diqqətdən kənarda qalmayıb. Qusar şəhərinin yanındakı Bənövşə gölü su anbarı rayon mərkəzini və ətraf kəndləri uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib, amma son illər baxımsız qalıb, quruyaraq yararsız hala düşüb. İqlim dəyişikliyi şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bunu nəzərə alaraq, müvafiq qurumdan anbarın bərpasını diqqətdə saxlamasını xahiş edirəm", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, Qusar rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması problem olaraq qalır: "Rayonun yaşayış məntəqələrinin cəmi 57 %-i qazlaşdırılıb. Bu problemin həlli mühümdür. Digər məsələ, 300 yerlik Yasaq tam orta məktəbinin yenidən qurulması ilə bağlıdır. Məktəb binasının dam örtüyünün yarısı yoxdur, digər hissəsi isə qəzalı vəziyyətdədir. Elm və Təhsil Nazirliyindən bu probleminin həll edilməsini xahiş edirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1042 Tarix: 26 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr