Mərakeşdə beynəlxalq forumda COP29-da Azərbaycanın gördüyü işlərdən danışılıb
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında yerli və Afrikanın bir sıra digər ölkələrindən olan gənc diplomatların qatıldığı dəyirmi masada iştirak edib. "Azərbaycanın xarici siyasəti" mövzusunda çıxış edən F.Rzayev ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanla Mərakeş arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.
Nazir müavini səfər çərçivəsində Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən "Suverenlik və dayanıqlıq imkanları: yeni qlobal tarazlığa doğru" mövzusunda 16-cı Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 100-dən çox ölkədən 6 minə yaxın nümayəndə qatılıb. Forumun enerji keçidləri mövzusuna həsr olunmuş panel sessiyasında çıxış etmiş F.Rzayev ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.
29 noyabr tarixində "qlobal idarəçilik böhranı və multilateralizm" mövzusunda panel sessiyasında çıxışında nazir müavini Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə dair Forum iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən başlayaraq, beynəlxalq hüququn aliliyi və multilateralizmə xüsusi önəm verdiyini bildirən F.Rzayev ölkəmizin üzləşdiyi təhdidlər, erməni işğalının fəsadlarına toxunub. Azərbaycanın mühüm enerji və nəqliyyat layihələri ilə daha geniş bölgədə inteqrasiya proseslərinə vacib töhfə verdiyinə vurğu edilib. Azərbaycanın Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik etdiyinə diqqət yönəldilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş