"Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir" - Bəhruz Quliyev

"Avropa İttifaqı gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir" - Bəhruz Quliyev"Qərbin Gürcüstanda dövlət çevrilişinə cəhd edəcəyi və bunun üçün hazırlıqlara başladığı əvvəlcədən bəlli idi. Hələ parlament seçkilərindən əvvəl bu iddia ilə çıxış edən Avropa İttifaqı Gürcüstandakı emissarları vasitəsilə ölkədə çaxnaşmalara hazırlaşırdı. İndiki qarşıdurmaların ssenarisi xeyli əvvəl yazılıb, bu gün artıq onun həyata keçirilməsi prosesi gedir. Qərb Gürcüstanı Rusiyaya yönəlik siyasət yürütdüyünü, daha dəqiq desək Rusiyanın çətiri altına girdiyini, Avrointeqrasiya prosesini dayandırdığını iddia edir. Halbuki, hər şey Avropa İttibfaqının Gürcüstanı üzvlüyə namizədlər siyahısından çıxardığı gündən başlayıb".

Bunu açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

B.Quliyev son hadisələri xatırladaraq qeyd edib ki, Avropa Parlamenti Gürcüstan hakimiyyətinə qarşı növbəti qətnamə qəbul etməklə bu ölkəni özündən bir az da uzaqlaşdırıb: "Avropa Parlamenti digər məsələlərlə yanaşı vizasız rejimi ləğv etməyi, hakim elitanın üzvlərinə qarşı sanksiyaların tətbiqini təklif edib. Avropa Parlamentinin üzvləri tamamilə Gürcüstan prezidenti Salome Zurabişvilinin və "Gürcü arzusu"nun digər əleyhdarlarının bəyanatlarına əsaslanan qətnamə hazırlayıblar. Nəticədə müxalifətin hakimiyyətə olan bütün iddiaları qısaca təkrarlanıb. Digər tərəfdən də Avropalı deputatlar Brüsselin Tbilisiyə ayırdığı maliyyə yardımını da unutmayıblar. Onlar Gürcüstan hakimiyyəti üçün nəzərdə tutulan əvvəllər dondurulmuş 120 milyon avronun yerli qeyri-hökumət təşkilatlarına, o cümlədən mediaya köçürülməsini təklif ediblər. Bu yolla Avropa Parlamentinin üzvləri Gürcüstan vətəndaş cəmiyyətinin inkişafına kömək edəcəklərinə ümid edirlər".

Bəhruz Quliyev vurğulayıb ki, Gürcüstan parlamenti hökumətin tərkibini təsdiq edəndən sonra baş nazir Kobaxidze çıxış edərək ölkəsinin bundan sonra da Avropa İttifaqına inteqrasiya etmək yolunu tutacağını qeyd edib

"Əlavə edib ki, Gürcüstan milli maraqlarına zidd olmayan bütün şərtləri qəbul etməyə hazırdır. Avropa İttifaqı da gürcülərin ləyaqətinə hörmət etdiyini sübut etməlidir. Əlbəttə Avropa Parlamentinin qətnaməsi "Gürcü arzusu"nu və Aİ-ni geri dönüşü olmayan nöqtəyə yaxınlaşdırıb. Rəsmi Tbilisinin reaksiyasının necə olacağını gözləmək lazımdır. Bunun sırf neqativ olacağı aydındır, lakin məmurların yalnız ədəbi ifadələrlə dayanacaqları, yoxsa hansısa siyasi və hüquqi nəticələrinin olub-olmayacağı məlum deyil. Bununla yanaşı, "Gürcü arzusu" sanksiyalar təhlükəsinə hazırdır, ona görə də bu, çətin ki, onun üzvləri üçün hər hansı stress yaratsın".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1134   Tarix: 02 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək

Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu

25 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr