Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaqGələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
19:15 14-11-2026 CƏMİYYƏT
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub.

"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Qeyd edilib ki, "Büdcə zərfi"ndə təqdim edilən məlumatlara əsasən, ortamüddətli dövrdə əhalinin nominal gəlirləri 2027-ci ilə nisbətən 29,5 mlrd. manat artaraq 137,0 mlrd. manata yüksələcək. Müvafiq dövrdə əhalinin gəlirlərində real artım tempi 3,4%-4,0% intervalında dəyişəcək.

Ortamüddətli dövrdə əhalinin xərclərinin 2027-ci ilə nisbətən 29,0 mlrd. manat artaraq 134,1 mlrd. manata yüksələcəyi, artım tempinin 3,4%-4,0% aralığında olacağı proqnozlaşdırılır. Təhlillər ortamüddətli dövrdə əhalinin xərclərinin nominal və real artımının gəlirlərin artım dinamikasına yaxın olacağını deməyə əsas verir.

Bununla yanaşı, növbəti ildə respublika üzrə orta aylıq əməkhaqqının 8,7% artımla, yəni 1288,3 manat məbləğində nəzərdə tutulması fiziki şəxslərin gəlir vergisi üzrə proqnozların icrasına müsbət təsir edən amil kimi qiymətləndirilməlidir.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 74   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA

Ali təhsil müəssisəsindən xaric edilən tələbələrə universitetə bərpa olunmaq üçün 6 aylıq müddətin verilməsi təhsilə qayıtmaq imkanının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu müddət tələbəyə yaranmış problemləri aradan qaldırmaq, təhsilini davam etdirmək üçün yenidən müraciət etmək imkanı yaradır

13 noyabr
.

Azərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub

Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 6

13 noyabr
.

Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?

Smartfon istifadəçiləri gündəlik ehtiyaclarını qarşılamaq üçün Play Market vasitəsilə müxtəlif proqramlar yükləyirlər. Lakin tətbiqin rəsmi platformada yerləşdirilməsi onun tam təhlükəsiz olduğuna zəmanət vermir. Bəzi proqramlar istifadəçilərin şəxsi məlumatlarına, kontaktlarına, fotoşəkillərinə, məka

13 noyabr
.

Bakını bir-birinə qatan sürücüyə 45 sutka həbs verildi - Video

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub. "Qafqazinfo" xəbər verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "QAZ 3110" markalı, 99-NE-29

13 noyabr
.

Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-də gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirlikdən -a verilən məlumata görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabi

14 noyabr
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

14 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əməkhaqqı sistemində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı mexanizminin tətbiqi təklif edilir. Yeni sistemin ilkin mərhələdə kənd təsərrüfatı və ictimai iaşə sahələrini əhatə etməsi gözlənilir. Təklif

13 noyabr
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

14 noyabr
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı: yeni geosiyasi reallıqlar, iqtisadi əməkdaşlıq və uzunmüddətli inkişaf perspektivləri

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin mahiyyətini, gələcək inkişaf istiqamətlərini və qarşılıqlı əməkdaşlığın prioritetlərini müəyyənləşdirən mühüm siyasi sənəd kim

13 noyabr