"SpaceX" ilk dəfə kosmik gəmini havada tutub - Video
"SpaceX" şirkəti "Starship" kosmik gəmisinin yuxarı pilləsini Texas ştatındakı start meydançasına uğurla qaytarıb. Şirkət tarixində ilk dəfə orbitdən qayıdan yuxarı pillə start qülləsinin mexaniki qolları vasitəsilə tutulub.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, kosmik gəmi 22 saat davam edən missiyanı başa vuraraq Yer ətrafında 14 dövrə vurub.
"Starship"in 15-ci sınaq missiyası əvvəlcə hər iki pillənin tutulması cəhdi kimi planlaşdırılmışdı. "SpaceX" həm "Super Heavy" gücləndirici raketini, həm də "Starship"in yuxarı pilləsini start meydançasına qaytarmağı hədəfləyirdi.
Lakin buraxılışdan bir neçə dəqiqə sonra gücləndirici raket müəyyən edilmiş trayektoriyadan kənara çıxaraq Meksika körfəzi üzərində partlayıb.
"SpaceX"in nümayəndəsi Den Huot bildirib ki, idarəetmə, naviqasiya və nəzarət sistemi gücləndirici raketin tutulma üçün lazımi mövqedə olmadığını müəyyən edib və avtomatik olaraq missiyanın dayandırılması prosedurunu işə salıb. Şirkətin rəhbəri İlon Mask isə gücləndirici raketdə yanacağın bir qədər çatışmadığını açıqlayıb.
Gücləndirici raketin uğursuzluğuna baxmayaraq, missiya "SpaceX" üçün mühüm nailiyyət hesab olunur. "Starship"in yuxarı pilləsi ikinci dəfə Yer orbitinə çıxaraq 26 ədəd "Starlink V3" peykini orbitə yerləşdirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 121 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15 noyabrAvropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15 noyabrPələng onunla video çəkmək istəyən bloqeri parçaladı
Pakistanda "TikTok" üçün video çəkmək istəyən 19 yaşlı gənc pələngin hücumuna məruz qalaraq həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə Lahor şəhəri yaxınlığında yerləşən vəhşi heyvanların yetişdirildiyi fermada baş verib. Məlumata görə, fermada çalışan 19 yaşlı gənc "TikTok"
15 noyabrHƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15 noyabrABŞ qızılcasız ölkə statusundan məhrum edilib
Pan Amerika Səhiyyə Təşkilatı ABŞ-ni qızılca xəstəliyinin endemik ötürülməsini aradan qaldıran ölkə statusundan məhrum edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5400-dən çox qızılca xəstəliy
14 noyabrABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
15 noyabr