"Bu silahlanma Ermənistana böyük fəlakət gətirəcək" - FƏZAİL AĞAMALI

"Bu silahlanma Ermənistana böyük fəlakət gətirəcək" - FƏZAİL AĞAMALI"Artıq 2020-ci ildən başlayaraq Makron Fransası Ermənistanın yanındadır. Hətta, biz 2020-ci ilin sentyabırında başlamış olduğumuz Vətən mübaribəsində Fransa böyük canfəşanlıq göstərərək Azərbaycanın öz torpaqlarını qaytarmaq uğurunda aparmış olduğu mübarizəyə bütün vasitələrdən istifadə edərək mane olmağa çalışırdı. Hətta, 2 dəfə Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasının üzvü kimi Azərbaycana qarşı sərt sanksiyaların tətbiq olunması ilə bağlı layihə də təqdim etmişdi".

Bunu Sonxeber.az-a sabiq deputat Fəzail Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Fransa və Ermənistan arasında imzalanan müqavilə Fransanın məkrli siyasətinin təzahür formasıdır:

"Lakin, Böyük Britaniyanın vetosu ilə bu təhlükəsizlik şurasına keçmədi. Bundan sonra Fransa özünün bütün imkanları ilə Ermənistanı müdəfiə etdi və bu günə qədər də müdafiə etməkdə davam edir. Hətta, Fransa çoxsaylı tırları Azərbaycanın Laçın istiqamətindəki sərhədboyu yoluna , Qarabağa ermənilərə yardım etmək adı ilə göndərməyə çalışdı, biz onları peşman etdik. Xeyli müddət qaldıqdan sonra onlar geri qayıtamlı oldular. Fransa Ermənistanı sürətlə silahlandırır. Bunula kifayətlənmir, özünə yaxın olan digər dövlətləri də Ermənistanı silahlandırmağa təşviq edir. Bu baxımdan da artıq konkret faktlar var. Hindistanın, Yunanıstanın da Fransa ilə bərabər Ermənistanı silahlandırması artıq hər kəsə bəllidir. Bir neçə gün bundan öncə Fransa ilə Ermənistan arasında 2025-ci ilə hərbi müqavilənin imzalanması da Fransanın aparmış olduğu, oluqca məkrli, təhlükəli siyasətinin növbəti bir təzahürüdür. Bütün bunlar Azərbaycan üçün təhdidlər yaradır və bunlara Azərbaycan dövləti Cənab Prezidentin də söylədiyi kimi lazım olan vəziyyətdə cavab veriləcək. Azərbaycan üçün istənilən təhlükə yerindəcə məhv ediləcək. Buna qətiyyən nə Fransanın, nə də Ermənistanın şüpəsi olmamalıdır. Silahlanır, sürətlə silahlanır. Baxaq görək bu silahlanma Ermənistana nə verəcək. Tam əminliklə deyə bilərəm ki, onlara bu silahlanma böyük fəlakət gətirəcək və Ermənistan dövlətini sadəcə olaraq yer üzündən siləcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1949   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr