"Azərbaycan xalqı böyük şəxsiyyətin ölkəmiz qarşısında olan xidmətlərini heç vaxt unutmayacaq" - Vüqar İsgəndərov

"Azərbaycan xalqı böyük şəxsiyyətin ölkəmiz qarşısında olan xidmətlərini heç vaxt unutmayacaq" - Vüqar İsgəndərov"Bir çox görkəmli dövlət xadimlər öz xalqlarının, dövlətlərinin talelərində önəmli və əvəzsiz rollar oynayıblar. Müsir Türkiyənin tarixində Atatürk, Fransa tarixində Şarl de Qoll, ABŞ-da Corc Vaşinqton vəs. liderləri saymaq olar. Azərbaycan xalqının inkişafında, tərəqqisində bu dövlətin yaranmasında xalqın böyük oğlu, ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir".

Bunu Sonxeber.az-a deputat Vüqar İsgəndərov danışıb.

O, açıqlamasında qeyd edib ki, sistemi quran, Azərbaycanın hazırkı böyük uğurlarının bünövrəsini qoyan və onun əbədi müəllifi Heydər Əliyev oludu:

"Azərbaycan sözü bir növ Heydər Əliyevi xatırladır. Heydər Əliyev soyadını və adını söylədikdə isə Azərbaycan xatırlanır. Bu insan təpədən dırnağa böyük dövlət adamı, dahi şəxsiyyət idi. Əsl lider keyfiyyətinə malik idi. Bütün işıqlı həyatı boyu, ömrünü xalqının təşəkkül tapmasına, inkişafına sərf etdi. Sovet ittifaqı dövründə də Azərbaycana rəhbərlik etdikdə 15 respublika içərisində gerilərdə qalmış bir respublikanı qısa zaman ərzində ən rentabilli respublikaya çevirdi. Heydər Əliyev böyük dövlət insanı kimi SSRİ-nin rəhbərliyində ən yüksək vəzifəni tutmuşdur və o dövrdə də azərbaycanlı olan hər bir şəxs onunla qürur duyurdu. O, ən çətin işlərin öhtəsindən də bacarıqlı bir insan kimi uğurla gəlirdi. Daha sonra isə müstəqilliyin bərpasından sonra az qala yer üzündən, xəritədən silinmək təhlükəsində olan bir ölkəyə rəhbərlik etmək və onu tarix üçün çox qısa zamana inkişaf etdirmək, formalaşdırmaq, dəyərlər yaratmaq, bu sistemi qurmaq yenə Heydər Əliyevin taleinə yazılmış bir məsələ idi. O, bunun öhtəsindən layiqincə gəldi və bu gün ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edib və dünyanın aparıcı ölkələrinin sırasına daxil olub. Azərbaycanın hazırkı böyük uğurlarının bünövrəsini qoyan və onun əbədi müəllifi Heydər Əliyev oludu. Azərbaycan xalqı böyük insanın ölkəmiz qarşısında olan xidmətlərini heç vaxt unutmayacaq. Düşünürük ki, hələ bu böyük insanın irsi dərindən öyrəniləcək. Böyüməkdə olan gənc nəsil o ideaları, Azərbaycanlı kimi həyatını bu xalqa, dövlətə bağışlayan bir insanın keçdiyi həyat yolun hər zaman öyrəncək, təbliğ edəcək və onunla özünü Azərbaycanlı sayan hər bir şəxs qürur duyacaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2008   Tarix: 12 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr