"Haber Global"ın əməkdaşı öldürüldü
Türkiyənin "Haber Global" telekanalının əməkdaşı Məhərrəm Can Kurtuluş silahlı hücumda həyatını itirib.
Oxu.Az bu barədə telekanala istinadən məlumat verir.
Bildirilir ki, Kurtuluşa hücum edən 4 şübhəli qısa müddətdə saxlanılıb.
Məlumata görə, "Haber Global"ın əməkdaşı avtomobilini İstanbulun Beylikdüzü rayonundakı dayanacaqda saxlayıb. O, kafeyə tərəf gedərkən dayanacaqda dörd nəfərin məmurlarla mübahisə etdiyini görüb. O, tərəfləri sakitləşdirməyə çalışıb.
Sonradan dostu ilə kafedən çıxan Məhərrəm Can Kurtuluş maşınına minib və dayanacaqdan çıxarkən mübahisə etdiyi 4 şübhəli maşının qarşısını kəsib. Onlar maşından düşən "Haber Global"in əməkdaşını güllələyiblər və hadisə yerindən qaçıblar. Ağır yaralanan Kurtuluş aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis bildirib ki, şübhəlilərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapança, 4 ədəd tərəzi və 1 kilo 200 qram narkotik vasitə götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1019 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğluna aldığı formaya görə az qala öləcəkdi
İngiltərədə "Manchester United" azarkeşi olan şəxs, oğluna "Chelsea FC" forması alan keçmiş sevgilisinə hücum edib. xarici mediaya istinadən xəbər verir ki, 30 yaşlı Paris Şirs 10 yaşlı oğluna ad günü hədiyyəsi kimi "Chelsea" forması alıb. Bu vəziyyət qadının "Mancheste
21 mayTəyyarədə insident: Sərnişini boğdu, stüardessanı dişlədi
Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus təyyarənin sərnişini uçuş zamanı yol yoldaşını boğmağa cəhd edib və stüardessanı dişləyib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Melburndan Dallasa həyata keçirilən reys zamanı baş verib. Münaqişə sərnişinlərdən birinin oturacağını arxay
18 mayBoks üzrə ölkə çempionunun meyiti tapıldı
Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb. Axşam.az "Unikal"a istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayonunda yerləşən mənzillərdən birində 1984-cü il təvəllüdlü Rza Rzayevin meyiti aşkarlanıb. Rza Rzayev idman ictimaiyyətinə tanış simadır. Belə ki, o, Sumqayıt şəhər boks məktəbini
17 mayYaşlı kişi qəzaya düşən gəncləri şillələdi - VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində baş verən yol-nəqliyyat hadisəsindən sonra maraqlı anlar yaşanıb. türk mediasına istinadən xəbərverir ki, qəza keçirən gənclərin yanına gələn yaşlı bir kişi onların şok vəziyyətindən çıxması üçün şillə vurmağa başlayıb. Hadisə ətrafdakılar tərəfindən təəccüblə qarşılanıb
21 mayKəndi su altında qaldı: Yalnız minarənin ucu görünür - VİDEO
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda yerləşən Karakurt Barajında su səviyyəsinin 100 faiz doluluğa çatması nəticəsində qədim kənd tamamilə su altında qalıb. türk mediasına istinadən xəbər verir ki, kənddən geriyə yalnız məscidin minarəsinin görünən ucu qalıb. Hadisə bölgədə dron vasitəsil
20 may