"Vətən müharibəsindən 4 il vaxt keçsə də Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərin düzgün xəritəsini verməyib" - DEPUTAT
"Ermənistanın Minalanmış Ərazilərin Xəritəsini hələ təqdim etməməsi işğaldan azad olunmuş torpağlarda quruculuq işlərinin gecikməsinə və soydaşlarımızın yurdlarına qayıdışını gecikdirir".
Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib
Deputat qeyd edib ki, 2020-ci ilin noyabr ayında başa çatan İkinci Qarabağ müharibəsindən sonra 4 ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də Azərbaycan tərəfinə müharibə zamanı minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməyib
"Bu vəziyyət, müharibə zamanı minaya düşən soydaşlarımızın həyatını təhlükə altına almağa və onların doğma yurdlarına qayıtmasını ciddi şəkildə gecikdirməyə davam edir. Minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi, yalnız keçmiş döyüş xətləri ilə əlaqəli deyil, həm də müharibə nəticəsində həyatını itirən və yaralanan insanların xatirəsinə hörmətin göstəricisidir. Ən əsas məsələ isə budur ki, bu xəritələr, həm də soydaşlarımızın ərazilərə geri dönməsi və orada həyatlarını bərpa etməsi üçün həyati əhəmiyyət kəsb edir".
Deputat vurğulayıb ki, Azərbaycan, müharibədən sonra ərazilərini bərpa etmək, öz vətəndaşlarını geri qaytarmaq və orada təhlükəsiz yaşam şəraiti yaratmaq məqsədilə minadan təmizləmə əməliyyatları həyata keçirir:
"Lakin, Ermənistanın bu xəritələri təqdim etməməsi, bu prosesin əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olur. Təkcə minaya düşən insanların həyatı deyil, həm də iqtisadi inkişaf, infrastrukturun bərpası və həmin ərazilərdəki ekoloji vəziyyət də bu gecikmələrdən təsirlənir.
Ermənistanın bu məsələni hələ də gecikdirməsi, beynəlxalq ictimaiyyətin və humanitar təşkilatların diqqətini cəlb etməli və təzyiqləri artırmalıdır. Azərbaycanın vətəndaşlarının öz doğma torpaqlarına təhlükəsiz şəkildə dönə bilməsi üçün, bu xəritələrin təqdim edilməsi təkcə hüquqi deyil, həm də insan haqları baxımından böyük əhəmiyyət daşıyır.
Qarabağda həyatın bərpası, minalardan təmizlənmiş ərazilər və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi, yalnız xəritələrin düzgün və tam təqdim edilməsindən sonra mümkündür. Soydaşlarımızın öz doğma yurdlarına qayıtması və orada yenidən həyat qurması üçün Ermənistanın üzərinə düşən məsuliyyəti yerinə yetirməsi vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 16 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Məlum olduğu kimi, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanınd
20 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrBayrama görə bu ailələrə BİRDƏFƏLİK YARDIM EDİLƏ BİLƏR
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur
21 dekabrNazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrİtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm
19 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrBeyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabrDərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı
20 dekabr