Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müzakirəsində hansı irəliləyişlər var? - AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müzakirəsində hansı irəliləyişlər var? - AÇIQLAMA"Cənubi Qafqaz regionunda sülhə ümid var. Biz Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasının son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir". Bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib. Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Millət Məclisinə verdiyi hesabatda bildirib: "Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasında yekun mərhələ başlanıb"- bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov yazıb.

Bəs görəsən Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müzakirəsində hansı irəliləyişlər var?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:

"Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı olan qüvvələr var. Bu gün Ermənistanı silahlandıranlar, Cənubi Qafqazla bağlı təhlükəli oynayanlar istəmirlər ki, iki ölkə arasında normal dövlətlərarası münasibət formalaşsın. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın davamlı səyləri nəticəsində biz bu gün Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Təbii ki, arada müəyyən anlaşılmazlıqlar var. Özəlliklə Ermənistan konsitusiyasında bizə qarşı hələ də ərazi iddialarının olması və Nikol Paşinyanın həmin iddialara dəyişiklik edilməsi ilə bağlı Azərbaycan tərəfindən edilən çağırışlara adekvat reaksiya verə bilməməsi sülh məsələsini çətin situasiyaya salır. Amma bütün bunlara baxmayaq mən hesab edirəm ki, xeyli irəliləyişlər əldə edilib, böyük addımlar atılıb. Xaricdən Ermənistana edilən bütün təzyiqlərə, Cənubi Qafqazı provikasiya məkanına çevirməyə çalışan bütün qüvvələrə baxmayaraq iki ölkə arasında yeni sülh müqaviləsinin əldə edilməsi üçün ortada ciddi nəticələr var. Maddələrin bir çoxunda dəyişikliklər edilib".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2889   Tarix: 17 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr