Bakıda ŞOK: gənc qızın qarnından 5 kiloluq şiş çıxdı
Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.
Sonxeber.az-ın Lent.az-a istinadən xəbərinə görə, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş – sistadenoma çıxarılıb.
Əməliyyatı Ginekologiya və Doğum Şöbəsinin müdiri, tibb elmləri doktoru Mehriban Hacızadə icra edib. Əməliyyat barədə məlumat verən cərrah bildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.
"Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.
Xoşxassəli olan bu şiş maye tərkibli idi. Onun bütövlüyünü pozmadan xəstənin bədənindən çıxarmağa nail olduq. Hər iki yumurtalığı və uşaqlığı sağlam saxladıq, lakin sağ uşaqlıq borusunu kəsib götürmək məcburiyyətində qaldıq. Xəstə hazırda evə buraxılıb, səhhətində heç bir problem yoxdur. O, gələcəkdə ana olmaq şansını itirməyib," – deyə cərrah qeyd edib.

Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1885 Tarix: 19 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBurulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabr