"Amerika Ermənistanı regiondan tamamilə təcrid etmək və öz ərazisinə çevirmək üçün son kartlarını oynayır" - AÇIQLAMA
Yanvarın 14-də Bakı vaxtı ilə saat 22.00-da Vaşinqtonda ABŞ ilə Ermənistan arasında strateji əməkdaşlıq haqqında sənəd imzalanacaq. Sənədi ABŞ-nin dövlət katib Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaq.
Ancaq yanvarın 9-da Dövlət Departamentindən ABŞ-nin Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmadığı bildirilmişdi: "Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı "nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur"
Bəs görəsən bu əməkdaşlığın səbəbi nədir?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az – a açıqlama verib:
"Faktiki olaraq bu gün Amerika Ermənistanı regiondan tamamilə təcrid etmək və öz ərazisinə çevirmək üçün son kartlarını oynayır. Bayden hakimiyyəti təhvil verməmişdən əvvəl Entoni Blinkenin vasitəsi ilə ABŞ Cənubi Qafqazda növbəti təxribatçı addımlarını atır. Amerikanın Ermənistanla hansı strateji tərəfdaşlığı edəcəyi ciddi suallar doğurur. Baxmayaraq ki, bu gün Ermənistan hakimiyyəti başdan-ayağa sorosçuların oyuncağı olmaqdan ibarətdir. Tutaq ki, strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Bu gün faktiki olaraq Ermənistan Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür. Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası var, onların iqtisadiyyatında Rusiya böyük gücə malikdir. Belə olan təqdirdə ABŞ və Ermənistanın hansı sazişi imzalayacağı və sazişdən onların necə yararlanacağı maraqlıdır. Amerika ötən il Ermənistana ayırdığı mailiyyə yardımını iki dəfə artırıb. Eyni zamanda bu yardımlar bu gün də müxtəlif üsullarla davam edir, ABŞ Ermənistan ərazisindəki Avropa İttifaqının Mülki Müşahidə Missiyası adlı təxribat və casus şəbəkəsinin fəaliyyətinə dəstək olur. Amma unutmamaq lazımdır ki, bütün Ermənistanın öz ərazilərini kəşfiyyat poliqonuna çevirdiyinə görə ABŞ onu mükafatlandırmağa çalışır. Amma bunlar yanlış addımlardır. Özəlliklə Azərbaycan və Gürcüstana qarşı obyektiv mövqe göstərməyən Blinkenin Ermənistanla saziş imzalaması demokratların hakimiyyətinin son günlərində atılan absurd addımlardan biridir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye