Bayden Paşinyanı yeni tələyə salır

Bayden Paşinyanı yeni tələyə salırBu gün axşam saatlarında Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə saziş imzalanacaq. Sənədi Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaqlar.

Xatırladaq ki, ötən ilin iyununda Ermənistan-Amerika strateji dialoqunun iclasının yekunları əsasında iki ölkənin hökumətləri ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətində olduqlarını ifadə edən birgə bəyanat qəbul etdilər.

İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur.

ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya silahla təmin etmir. Bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur.

2009-cu ildə ABŞ və Gürcüstan arasında da belə bir sənəd imzalanmışdı.

Təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.

Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosial layihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir - söhbət çox güman ki, Ermənistanda ABŞ-nin kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək.

Əsas məsələlərdən biri də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır.

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq nizamın qeyri-sabitliyindən məharətlə istifadə etməyə çalışır. Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-nin regiondakı gözləntilərinin dəyişə biləcəyi ehtimal edilir.

Paşinyan tarixi bir məqamı hiss edərək, Vaşinqtonla əlaqələri möhkəmləndirmək üçün səylərini artırmağa çalışır. 2024-cü ilin aprelin 5-də Brüsseldə imzalanan strateji tərəfdaşlıq sazişi bu prosesin kulminasiyası oldu və Ermənistan üçün yeni imkanlar yaratdı.

Vaşinqton isə bu ittifaqı daha geniş strategiyanın bir hissəsi kimi görür: Cənubi Qafqazda təsirini gücləndirmək, Moskva və Tehranı zəiflətmək, həmçinin, Azərbaycanın və Türkiyənin artan gücünə maneə ola biləcək ittifaq formalaşdırmaq. ABŞ sadəcə bu regionda möhkəmlənmək istəmir - amerikalılar üstünlük qazanmağa çalışır. Bu, ehtiyatlı yanaşma deyil, mövcud güc balansını dağıtmağa hazır, israrlı bir nüfuz strategiyasıdır.

Strateji tərəfdaşlıq sənədi siyasi addımdan daha artıqdır. Məzkur sənəd rəsmi Bakının əvvəllər bəhs etdiyi "Gürcüstan-Ermənistan geosiyasi xətti" konsepsiyasının həyata keçirilməsini göstərən simvolik bir addım sayılmalıdır. Vaşinqton üçün həmin xətt Qərbin təsirini gücləndirmək üçün körpü, Ermənistan üçün isə yeni təhlükələr qarşısında dəstək təmin edən xilasedici dairədir.

Gürcüstanın Qərblə mürəkkəb münasibətləri bu prosesi müvəqqəti olaraq ləngidir. Ermənistan isə əksinə, ABŞ və Aİ-nin dəstəyindən fəal şəkildə istifadə edərək Rusiyanın təsirindən çıxmağa çalışır.

Fəqət bəhs etdiyimiz "xətt" zəif nöqtələrdən azad deyil. Qərbin sadiq müttəfiqi kimi tanınan Gürcüstan daxili problemlər səbəbindən ciddi təzyiqlərlə üzləşir. İslahatlardakı gecikmələr, siyasi böhranlar və Vaşinqtonla münasibətlərdəki soyuqluq onun regional ssenarilərdəki rolunu təhlükə altına qoyur. Ermənistan isə kursunu guya dəyişmədiyini göstərməkdədir. Nikol Paşinyan ABŞ-ın dəstəyinə güvənərək təkcə ölkə daxilində mövqelərini möhkəmləndirmir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni üfüqlər açır.

Vaşinqtonla İrəvan arasında starteji tərəfdaşlıqla bağlı anlaşmanın imzalanması Bayden administrasiyasının geosiyasi tarixdə iz buraxmaq istəyinin bir hissəsidir. Ki, bu addım Donald Trampın yeni administrasiyasının Ermənistan qarşısında öhdəliklərlə bağlı vəziyyətini çətinləşdirmək məqsədi güdür.

Di gəl, Tramp demokratların qaydalarına uyğun oynamağa hazırdırmı? Keçmiş səhvlərə qarşı sərt tənqidləri ilə tanınan ABŞ-nin yeni prezidenti bu kursu dəyişdirmədən saxlamaq çətin görünür.

Azərbaycan artıq bu vəziyyətə hazırdır. Ermənistanın qərbyönümlü kursunun neytrallaşdırılması və ABŞ-nin yeni administrasiyası ilə dialoq qurulması Bakı üçün tarazlığı qorumağın əsas addımları olacaq. Trampın praqmatizmi ilə tanınması Azərbaycanın regionda daha balanslı bir siyasətə ehtiyac olduğunu izah etmək üçün bir şansdır.

Cənubi Qafqaz dəyişiklik dövrünü yaşayır. Ermənistan, daxili problemlərinə və çağırışlara baxmayaraq, böyük bir Amerika layihəsinin bir hissəsi olmaq istəyir. ABŞ, İrəvandan istifadə edərək, rəqiblərinə qarşı yeni strategiya hazırlayır.

Ermənistan və ABŞ-nin yeni geosiyasi reallığın diktə etdiyi qiyməti ödəməyə hazırdırlarmı? Bu suala verilən cavab, regionun gələcəyini uzun illər boyu müəyyən edəcək.

ABŞ ilə əlaqələri möhkəmləndirmək istəyinə baxmayaraq, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Gömrük İttifaqı kimi strukturlarda üzv olaraq qalır. Bu mövqe onun Qərb üçün etibarlı tərəfdaş imicini zəiflədir və Nikol Paşinyanın real prioritetləri barədə ABŞ siyasətçilərində şübhə yaradır.

Vaşinqton üçün Ermənistanın KTMT və Aİİ-dəki üzvlüyü sadəcə formal bir vəziyyət deyil, Moskvanın təsirinə bağlılıq siqnalıdır. Bu, ABŞ-ni dilemmanın qarşısında qoyur: Moskva ilə sıx əlaqələri olan bir ölkəni dəstəkləmək, yoxsa İrəvandan daha qəti addımlar tələb etmək? Paşinyanın KTMT-dən çıxışı ABŞ-yə sadiqliyin güclü nümayişi ola bilərdi. Lakin bu addım ciddi iqtisadi risklər doğurur: Rusiya KTMT üzvlüyünü Aİİ çərçivəsində iqtisadi üstünlüklərə çıxışla əlaqələndirir. Ermənistan bu əlaqəni kəsməyə qərar verərsə, bu, Moskvanın güclü iqtisadi təzyiqinə səbəb olacaq.

Vaşinqtonun nöqteyi-nəzərindən Ermənistana dəstək yalnız təsir nümayişi deyil, həm də regionda mövqeləri gücləndirmək cəhdidir. Lakin bu siyasətin nə qədər əsaslı olduğunu sual etmək olar. Ermənistan KTMT-də qalmaqla Rusiyayla münasibətlərdən yararlanmağa davam edir ki, bu da ABŞ-nin strategiyasına ziddir. Paşinyan üçün ABŞ ilə imzalanan saziş yalnız xarici siyasət addımı deyil, həm də daxili legitimləşmə vasitəsidir. O, Qərbin dəstəyindən ölkə daxilində mövqelərini möhkəmləndirmək və potensial növbədənkənar parlament seçkiləri keçirmək üçün kozır kimi istifadə edir.

ABŞ ilə Ermənistan arasında sazişin imzalanması Moskva üçün ciddi çağırış oldu. Ermənistan kimi müttəfiqin itirilməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə zərbə vuracaq. Ermənistan həqiqətən KTMT-dən çıxarsa, bu, təşkilatın nüfuzuna ciddi zərbə vuracaq və Moskva İrəvanla iqtisadi və siyasi münasibətlərini yenidən nəzərdən keçirməli olacaq. Rusiyanın Ermənistana qarşı hərbi təzyiqi gücləndirməsi real ssenari kimi görünür - xüsusilə müttəfiqlərinin Qərbə yaxınlaşmasına sərt reaksiya göstərdiyi nəzərə alınsa.

Eyni zamanda, İran ABŞ-Ermənistan münasibətlərinin güclənməsini öz təhlükəsizliyi üçün təhdid kimi görür. ABŞ-ın regiondakı təsirini genişləndirməsi Tehran tərəfindən qarşısının alınması vacib bir strategiya kimi qəbul edilir. Buna cavab olaraq İran, Ermənistan və onun Qərb müttəfiqlərinə qarşı balans yaratmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlığını gücləndirə bilər.

Donald Tramp administrasiyası praqmatizmi ilə tanınan bir iqtidar kimi Baydenin regiondakı siyasətinə yenidən baxa bilər. Bakı, təbii ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və Cənubi Qafqazda sabitliyin təminatçısı kimi strateji roluna diqqət çəkəcək. Çünki Baydenin Ermənistana ünvanladığı aşkar və birtərəfli dəstəyi güc balansını pozur və regional sabitliyə əlavə risklər yaradır.

Təbii ki, sənədin imzalanması ABŞ-nin bölgədəki rolunu gücləndirir - bir vaxtlar yalnız Rusiyanın təsir dairəsi hesab olunan Cənubi Qafqazda yeni strateji mövqelər formalaşdırılır. Amma yeni konfiqurasiya həm Moskva, həm də Tehran üçün ciddi narahatlıq doğurur: İran sərhədində ABŞ-ın maraqlarını müdafiə edən yeni bir mövqenin yaranması regional gərginliyi artırır.

Ermənistan və Qazaxıstan kimi ölkələr Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi strukturlarda üzv qalmaqla yanaşı, eyni zamanda Qərblə əlaqələri dərinləşdirirlər. Bu yanaşma onların Rusiya üçün etibarlı müttəfiq kimi nüfuzunu kölgə altına salır və bu ölkələrin uzunmüddətli iqtisadi üstünlüklərdən imtina edərək qısamüddətli siyasi qazanc əldə etməyə hazır olub-olmadığını sual altına qoyur.

ABŞ ilə Ermənistan arasında imzalanacaq saziş Azərbaycanın strateji prioritetlərini yenidən gözdən keçirmək zərurəti yaradır. Vaşinqton Ermənistan qarşısında öhdəliklərini artırır ki, bu da Bakı ilə yeni ABŞ administrasiyası arasında dialoqu çətinləşdirə bilər. Əsas sual isə budur: Qərb Ermənistandan KTMT-dən çıxmağı və Rusiya ilə strateji əlaqələrə son qoymağı tələb edəcəkmi? Belə addımlar olmadan Ermənistanın ABŞ gözündəki mövqeyi qeyri-müəyyən qalır.

İran isə öz şimal sərhədlərində ABŞ-nin strateji tərəfdaşının meydana çıxmasını öz təhlükəsizliyi üçün təhdid hesab edir. Bu vəziyyət Tehranı Ermənistanı və onun Qərb müttəfiqlərini balanslaşdırmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlığını gücləndirməyə vadar edə bilər.

Proaktiv diplomatiya, müttəfiqlərlə əlaqələrin gücləndirilməsi və geosiyasi dəyişikliklərdən səmərəli istifadə Bakiya güc balansını qorumağa, sabitliyi təmin etməyə və regionun yeni konfiqurasiyasında açar oyunçuya çevrilməyə imkan verəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1443   Tarix: 14 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək

İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. "Report" xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb. "İran son anadək "Hizbullah"ı dəstəkləyəcə

24 may
.

Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib

İrəvanda məhkəmə deputatlığa namizəd Andranik Tevanyanın 2 ay müddətinə həbs olunması barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Daha əvvəl təqsirləndirilən şəxsin vəkili Aram Orbelyan bildirib ki, işin materiallarında dövlət sirrini

24 may
.

CHP Qurultayı ilə bağlı istintaqda 9 şübhəli həbs edilib

İstanbul Baş Prokurorluğu tərəfindən Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 13 şübhəlidən 9-u həbs edilib. "Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb

24 may
.

Kaliforniyada kimyəvi maddə sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ştatda baş verən kimyəvi maddə sızması ilə əlaqədar Orinc dairəsində fövqəladə vəziyyət rejimi elan etdiyini bildirib. xəbər verir ki, Nyusom bu barədə "X" sosial şəbəkəsində yazıb. Xatırladaq ki, hadisə mayın 21-də "GKN Aerospace"

24 may
.

"The Guardian": Britaniyanın Aİ-yə vahid mal bazarı yaratmaq təklifi rədd edilib

Böyük Britaniya hökuməti ikitərəfli münasibətlərin dərinləşdirilməsinin bir hissəsi olaraq Avropa İttifaqına (Aİ) vahid mal bazarını yaratmağı təklif edib, lakin təklif qəbul olunmayıb. "Report" xəbər verir ki, "The Guardian" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb. Məlumat

23 may
.

Ölkəni şoka salan OLAY: ata-ana uşaqlarının gözlərini bağlayıb meşədə azdırdı

Portuqaliyada 41 yaşlı Marin Russo və onun 55 yaşlı həyat yoldaşı Mark Ballabriqa uşaqlara qarşı qəddar rəftar şübhəsi ilə saxlanılıblar. xarici KİV-ə istinadla bildirir ki, cütlük 5 və 3 yaşlı oğullarını gözləri bağlı vəziyyətdə meşədə tərk edib. Oğlanlar Alkaser-du-Sal və Komporta kurort şəhərlər

24 may
.

İsveçrədə referendum: Əhali sayı azaldılır, ölkə Şengendən çıxır

İsveçrə hökuməti ölkə əhalisinin sayının məhdudlaşdırılmasını tələb edən "10 milyonluq İsveçrəyə yox!" təşəbbüsü ilə bağlı 14 iyun tarixinə referendum təyin edib. "Report" xəbər verir ki, bu təşəbbüsün dəstəyi ilə İsveçrə hökuməti 2050-ci ilə qədər əhalinin 9,5 milyon nəfər və dah

24 may
.

Mustafa Çiftçi: Təbii fəlakətlər nəticəsində Hatayda 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb

Türkiyənin Hatay vilayətində baş verən sel, torpaq sürüşməsi və uçqunlar nəticəsində 4 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Samandağ rayonunda itkin düşdüyü ehtimal edilən bir nəfərin axtarış-xilasetmə işləri isə fasiləsiz dava

24 may
.

Bild: Almanların əksəriyyəti Bundesverin ölkəni müdafiə edə biləcəyinə inanmır

Almanların böyük əksəriyyəti Bundesverin ölkəyə hərbi hücum olacağı təqdirdə Almaniyanı müdafiə edə biləcəyinə inanmır. "Report" xəbər verir ki, bunu Bild qəzetinin sifarişi ilə "INSA" sosioloji institutu tərəfindən aparılan sorğunun nəticələri sübut edir. Araşdırmaya görə, respondentləri

24 may