Mənimsəmədə ittiham olunan Niyam Salami: "Oğurluğun üstü açılıb, məni artıq boğaza yığıblar"

Mənimsəmədə ittiham olunan Niyam Salami: "Oğurluğun üstü açılıb, məni artıq boğaza yığıblar"Adı 21 min 800 manat dəyərində kömür məhsulunu mənimsəməkdə ittiham hallanan müğənni Niyam Salami hadisənin təfərrüatı ilə bağlı danışıb.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, "My Beach"restoranının anbardarı mühasiblə əlbir olub onu şərləməyə çalışırlar.

"Həmin restoranın anbardarı vəzifəsində çalışan Fəxrəddin adlı şəxsi ora mən gətirmişdim, mənim işçim idi. Yəni restoranın indiki rəhbəri Məhərrəm Novruzovun işçisi deyildi. Hər gün toy olan obyektlər var heç onlar kömürə 22 min manat pul vermirlər. Sən kimsən ki, gətirib 22 minlik malı ora töküb getmisən? Fəxrəddinlə mühasib əlbir olub belə bir oğurluq ediblər. İndi isə həmin oğurluğun üstü açılıb.

Məni artıq boğaza yığıblar. İstəmirəm o Məhərrəmin gördüyü işləri açım danışım. Mən desəm, onun evi yıxılar. Bütün bu işləri qarışdıran oranın müdiri Məhərrəm Novruzovdur. Duzlu gölün yanında, "Qurtuluş"da camaatın başına oyun gətirilən də, orada yaşayan insanların qazını kəsən də o insandır. Soruşan da yoxdur ki, işlətdiyin camaatın pulunu niyə vermirsən? Niyə mənim adımı çəkirsən?" - deyə N.Salami bildirib.

14:30

Müğənni Niyam Salami Sumqayıt şəhər sakini E.Abbəkirovun 21 min 800 manat dəyərində kömür məhsulunu mənimsəmədə ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə müğənni Teleqraf.com-a açıqlama verib.

O bildirib ki, VÖEN hesabı onun adına olduğu üçün hər şeyi onun üzərinə atıblar:

"Restorana gətirilən ən bahalı ərzaq ətdir. Bir gündə restorana 5-8 min manat dəyərində ət gətirilir. Necə olar bilər ki, restorana 21 min 800 manat dəyərində kömür gətirilsin?! Bu qədər kömürü restorana kim gətirə bilər?! Niyam Salami bir dəfə də olsun kömür satanı görməyib. Mən onda səhv etdim ki, adıma VÖEN açdırdım. VÖEN adıma olduğu üçün hər şeyi üzərimə atdılar".

Niyam Salami günahın iddiaçıda olduğunu deyib:

"Sənin pulunu kimsə vermirdisə, o zaman mənə müraciət edərdin. Kabinetdə otururdum, məni tapmaq çətin deyildi. Bildirərdin ki, Niyam bəy, sizin adınıza restorana mal gətiririk, başımıza belə oyun açırlar. Həmin vaxt məsələni həll edərdim. Mən restorandan gedəndən sonra deyirlər ki, Niyam Salami 21 min 800 manat pul borcludur. Bu, reallıq deyil. Kömür satana heç kim inanmasın. Restoranın sahibinə gücləri çatmır.

Mən restorandan uzaqlaşandan sonra tədricən müflis olmağa başladılar. Restoranın VÖEN-i mənim adıma olduğu üçün bütün borcları üzərimə atdılar. VÖEN adıma olduğu üçün mən balamın boğazından kəsib, məcbur olub, yavaş-yavaş pulları ödəyirəm".

10:26

Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.

Oxu.Az-ın məlumatına görə, Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1882   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."

"Sığınacaq üçün deputat Könül Nurullayevaya müraciət etdim, mənə bir bəy tapıb, ailə qurmağımı məsləhət bildi. 2010-cu ildə valideynləri tərəfindən 3 uşaq Nizami rayonundan yerləşən 1 saylı uşaq evinə verilib. Həmin gündən bir çox kimsəsizlər kimi, bu uşaqların da qara günləri başlayıb. Validey

4 fevral
.

Mərhum Xalq artistinin oğluna İrandakı səfirlikdə yeni vəzifə verildi

Uzun illərdir diplomatiya sahəsində xidmət edən Mətin Mirzə (mərhum Xalq artisti, keçmiş millət vəkili Mikayıl Mirzənin oğlu) yeni vəzifəyə təyin olunub. -a istinadən xəbər verir ki, Mətin Mirzəyə yüksək etimad göstərilib və o, bir müddət öncə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyind

3 fevral
.

Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar

4 fevral
.

Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb. -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqların

3 fevral
.

Qəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLAR

Qeyd etdiyimiz kimi, Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansız bədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evinin hovuzunda tapılıb

3 fevral
.

5 yaşlı uşaq civə uddu, xəstəxanaya aparıldı

Ağdaşda azyaşlı civədən zəhərlənib. -a istinadən xəbər verir ki, hadisə Pirəzə kəndində baş verib. Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstəxanada tibbi yardım göstərildikdə

4 fevral
.

"İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb?

"İnvest-Az İnvestisiya Şirkəti" QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. xəbər verir ki, "İnvest-Az İnvestisiya Şirkəti" İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsin

4 fevral
.

DİQQƏT! Bu tələbələr universitetdən xaric edilə bilər! - AÇIQLAMA

Ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyətinə nəzarət və universitetdən xaric edilmə qaydaları təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyır. Lakin bu qaydaların tətbiqi bəzi sosial və pedaqoji problemlərə səbəb ola bilər. Əvvəllər tələbələr dərslərə gəlmədikdə onlara qaib yazılır, nəticəd

3 fevral
.

Ölkəmizdə bu şəxslərin meyitləri yandırıla BİLƏR

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq. Bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir:. "Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitləri

4 fevral