Qəbələdə hovuzda boğularaq ölən yeniyetmənin ölümü haqqda DƏHŞƏTLİ DETALLAR - HADİSƏ YERİNDƏN FOTOLAR
Qeyd etdiyimiz kimi, Qəbələ rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Belə ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansız bədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evinin hovuzunda tapılıb.
Yaxınları Azmedia.Az-a açıqlamasında qeyd edib ki, Ağcabədidə güləş idman növü ilə məşğul olan Hüseyn, müəllimi Nəsir Nəsirov və digər 5 yeniyetmə idmançı ilə Qəbələyə yoldaşlıq görüşünə gedib. Yarış təxirə salındığı üçün, gecəni Qəbələdə qalmalı olan komanda, orada isti hovuzlu ev kirayə tutaraq, istirahət etmək qərarına gəlib.
Məşqçi Nəsir Nəsirovun hadisə barəsində ilkin ifadəsinə görə, hovuzda çimib çıxdıqdan sonra, hər kəs evin içərisində olarkən, Hüseynin orada olmadığını görüb, axtarmağa başlayıblar. Sonradan uşağın cansız şəkildə hovuzda olduğunu görüblər.
Hüseynin dostlarından əldə edilən məlumata əsasən isə daha fərqli və hadisəni başqa səmtlərə aparan məlumatlar əldə olunub. Belə ki, hadisə şahidlərindən biri qeyd edib ki, Hüseynin meyiti hovuzdan tapıldıqdan sonra, A-frame kirayə evinin icarədarı oraya gəlib, orada olan təhlükəsizlik kamerasını sındırıb. Digər şahidin dediklərinə əsasən isə, Hüseynin meyiti hovuzda aşkar edilən zaman, hovuzun üzəri şəffaf salafan ilə örtülü olub.
Hadisə barəsində oradakı hər kəsin ifadəsi alınıb, hazırda prokurorluq araşdırma aparır və ailə ekspertizanın rəyini gözləyir. Lakin, ailə bildirir ki, müəllimin və şahidlərin ifadələri bir-birinə uyğun gəlmir, hətta ailə düşünür ki, burada sadəcə suda boğulma yox, qətl hadisəsi də ola bilər. Buna səbəb isə həm fərqli ifadələr, həm də kameraların bilərəkdən sıradan çıxarılmasıdır. Çarəsiz valideynlər bu işin şəffaf şəkildə araşdırılmasını, günahı olan hər kəsin cəzasını almasını tələb edir.
Qeyd edək ki, faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1631 Tarix: 03 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr