"İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb?

"İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb?"İnvest-Az İnvestisiya Şirkəti" QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

XALQ.AZ xəbər verir ki, "İnvest-Az İnvestisiya Şirkəti" İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İnvestisiya şirkəti ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 11 fevral tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, ölkədən pul çıxarmaqda günahlandırılan "İnvest-Az İnvestisiya Şirkəti"nin direktoru Şəhriyar Qurbanzadədir,

Müşahidə Şurasının sədri isə Elşən Quliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.Tribunainfo.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 431   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilər niyə öz sirlərini çatbotlara etibar edirlər?

Danimarkanın Orhus Universitetinin alimləri orta məktəb şagirdlərinin hansı hallarda çatbotlara müraciət etdiklərini müəyyən ediblər. xəbər verir ki, araşdırma "International Journal of Human-Computer Studies" (IJHCS) elmi jurnalında dərc olunub. Komanda 15 Danimarka məktəbindən 1599 şagir

3 fevral
.

Bayağı verilişlərin gənclər arasında populyarlaşmasının qarşısı necə alınmalıdır? - AÇIQLAMA

Azərbaycanda bayağı verilişlər, bu verilişlərin aparıcıları gənclər arasında populyarlaşmaqda davam edir. Bu da onların işinə yarayır, reklamları çoxalır, qazancları artır. Bəs görəsən bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? . Mövzu ilə bağlı media eksperti Azər Həsrət - a açıqlam

4 fevral
.

Bakıda tələbənin götürdüyü kredit pulları oteldə qadın tərəfindən oğurlandı

Bakıda Salamzadə küçəsində yerləşən "Best" otelində tələbənin kredit pullarını oğurlayan qadına hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2007-ci il təvəllüdlü Asiya adlı qadın saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İş baxılmas

4 fevral
.

Azərbaycanda qadının oğurlanması ilə bağlı əməliyyat keçirilib - 3 nəfər saxlanıldı+YENİLƏNİB

İmişli rayonunda gənc qızın naməlum şəxslər tərəfindən oğurlanmasının yeni detalları məlum olub. -a istinadən xəbər verir ki, İmişli rayon Boşçalılar kənd sakini olan gənc qız evlənmək məqsədilə qaçırılıb. Elçilik zamanı yox cavabı alan Füzuli rayon sakini Vasif Məmmədov onu qaçırmaq qərarına gəlib

4 fevral
.

İtkin düşən balıqçının axtarışına helikopter cəlb edilib - VİDEO

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatınd

3 fevral
.

Hava kəskin dəyişəcək: Temperatur enəcək, qar yağacaq

Bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayara

4 fevral
.

"Bu gün AŞPA öz missiyasını unudaraq dövlətlərin milli maraqlarına hörmət qoymadan öz istək və arzularını sırımağa çalışır" - DEPUTAT

Xəbər verdiyimiz kimi Gürcüstan hakimiyyəti AŞPA-dakı nümayəndə heyətinin üzvlərini geri çağırdı. Bununla bağlı -a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı bir öncə dayandırıb:. "Gürcüstanın da belə bir qərar verməsi Azərbaycanın bir il öncə qərarın ədalətl

4 fevral
.

"Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırması, Avropalı deputatların bu ölkənin daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir"- DEPUTAT

"Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırması, son zamanlar Avropalı deputatların bu ölkənin daxili işlərinə kobud müdaxiləsinin nəticəsidir". Bunu -a danışan deputat Nəsib Məhəməliyev bildirib. Deputat qeyd edib ki, konkret olaraq, Gürcüstan parlamentində "inoagentlər haqqında qanunun"

4 fevral
.

Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağına çevrilib

"Yanvarın 28-də keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə həsr olunub". Bunu -a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Deputat qeyd edib ki, müşavirəd

3 fevral