Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmiş

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişSon zamanlar Azərbaycanda qanunsuz mərc və lotereya platformaları ilə bağlı şikayətlər artmaqdadır. Bu dəfə mövzu "Betbuta" adlı platformadır. Məlumata görə, bu şirkət yalnız qanunsuz fəaliyyətlə məşğul olmaqla qalmır, həm də istifadəçilərin şəxsi məlumatlarını təhlükə altına ataraq erməni diasporuna maliyyə dəstəyi göstərir.

Ermənilərə maliyyə dəstəyi

"Betbuta" platformasının CEO-su və yaradıcısı Vigen Badalyan erməni mənşəli şəxsdir və qlobal erməni diasporasında məşhur biridir. Bu şirkətə yatırılan vəsaitlərin dolayısı ilə erməni diasporuna dəstək kimi istifadə olunduğu bildirilir. Belə bir məlumatın ortaya çıxmasından sonra "Betbuta"nın Azərbaycandakı işçi heyəti şirkətdən ayrılıb.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişFırıldaqçılıq və itirilən pullar

Sosial şəbəkələrdə bu platformanın necə işlədiyini və insanları aldatdığını sübut edən çoxlu şikayətlər var. Bir istifadəçi paylaşımında son bir il ərzində 50 min manat itirdiyini qeyd edib. Bununla yanaşı, bu kimi platformalarda oynamaqla istifadəçilər öz şəxsi məlumatlarını könüllü şəkildə təhlükəyə atırlar.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz şans oyun platformaları

"Betbuta" ilə yanaşı, "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi digər qanunsuz platformaların da fəaliyyət göstərdiyi məlumdur. Bu platformalar istifadəçiləri böyük qazanc vədləri ilə aldadaraq həm onların pulunu mənimsəyir, həm də qanunları pozmağa təşviq edirlər.
Belə qanunsuz şans oyunlarının ən təhlükəli tərəflərindən biri də bunun hər kəs üçün əlçatan olması, xüsusilə azyaşlıları cəlb etməsidir.
Bu cür oyunların digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, belə oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişMəşhurların qanunsuz reklamları

Bəs, belə qanunsuz şans oyunlarını təbliğ edənlərə nə ad vermək olar? Sosial şəbəkələrdə, xüsusilə "TikTok", "Instagram", "Telegram"da onlayn qumar və digər zərərli oyunların sürətlə təbliğatı aparılır. Xeyr, bu təbliğatı aparanlar başqaları deyil, məhz bu ölkədə tanınan, bir çoxu incəsənət, kino, teatr aləminin sayılıb-seçilən şəxsləri, bir çoxu sosial şəbəkədə tanınan, bir çoxu da idmançıdır. Məsələn, aktyor Azər Aydəmir, idmançı Şükran Soltanov, müğənnilər Damla, Elgün Hüseynov, Qumral, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, Nurlan, Nagehan və Fərid Abdullayev cütlüyü, Çinarə Əliyeva, Aygün Məstiyeva (@amasti_one), Nurlan da (@11urlan), Cənab Uli, rəqqaslar Nuranə və Kamil Bayramovlar, eləcə də digərləri belə qanunsuz oyunların aktiv təbliğatçılarıdır.
Özlərinə aktyor, müğənni, influenser deyənlər bütün bu qanunsuzluğu açıq şəkildə təbliğ edirlər. Sonra da utanmadan ya etdiklərindən "xəbərsiz olduqlarını" deyir, ya da ümumiyyətlə etmədiklərini iddia edirlər. Bu kimi şəxslər qanunun ən sərt üzü ilə qarşılaşmalıdır, əks təqdirdə, qanunu tanımayacaq və pozmağa davam edəcəklər.

Dələduzluq faktları

Bu, təkcə zərərli vərdişlərin yayılması, azyaşlılar da daxil olmaqla onlara belə vərdişləri aşılamaq deyil, həm də böyük qanun pozuntusudur. Hüquq-mühafizə orqanları dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Üstəlik belə qanunsuz şans oyunlarına aid çox sayda dələduzluq faktları var. Onlardan qanunsuz şans paltforması "Mostbet"in istifadəçi Ayaz İkramoğlunun qazandığı 156 461 manatını ödəməyib, həmçinin hesabını bloklaması, eləcə də Pin-UP saytının "Jude Bellingham" adlı istifadəçinin içində 3500 manat olan hesabını heç bir xəbərdarlıq etmədən bağlaması kimi faktları bir daha xatırlamaq lazımdır.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişCəza tədbirləri

Qanunsuz şans oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin, belə oyunlarda iştirak üçün imkanların yaradılması, o cümlədən bu cür oyunların oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aşkar olunan faktlar və həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də rəsmi məlumat yayıb. Bəyan edilib ki, bu cür qanunsuz mərc oyunlarının təşkil və təbliğ olunması qanunla qadağandır.

Qanunsuz rahat fəaliyyət

Lakin qanuni tənzimləmələrə, cinayət məcəlləsindəki cəzalara baxmayaraq, idman mərc və lotereya oyunları sahəsində "qara bazar"ın formalaşması, eləcə də aktiv şəkildə bazarı və oyunçuları manipulyasiya etmək üçün ciddi mənada cəhd müşahidə edilir.
Belə ki, hazırda müxtəlif xarici mərc və lotereya şirkətləri qanunsuz olaraq ölkə ərazisində və eləcə də virtual məkanda fəaliyyət göstərərək ölkə qanunvericiliyini ciddi şəkildə pozurlar. Xüsusilə sosial şəbəkələrdə belə platformaların oyunçularının müzakirələri paylaşılır. İnsanlar qanunsuz fəaliyyətlərinə dair açıq-aşkar söhbətlər aparırlar. Bu fəaliyyət yalnızca şans oyunları həvəskarlarına yox, eləcə də dövlətə ciddi zərər verir. Qanunsuz mərc və lotereya şirkətləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün azərbaycanlı vətəndaşlardan qazandıqları gəlirdən ölkəyə heç bir vergi, sosial ödəmə, dövlət büdcəsinə ödəniş etmirlər. Bu isə milyonlarla manat vəsaitin ölkə xaricinə çıxarılması və hətta Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə və onların qara niyyətlərinə xidmət etmək üçün istifadə edilir deməkdir.
Dövlət tənzimləməsindən kənarda qalan bu şirkətlər qeyri-qanuni internet saytları, sosial şəbəkələrdə açılan hesablar və zirzəmilərdə gizlədilmiş obyektlər vasitəsilə idarə edilir. Qanun icazə vermədiyi halda, media və sosial şəbəkələr vasitəsilə onların reklamı təşkil edilir, oyunçuların ödədikləri vəsaitlər ölkə xaricinə çıxarılır, dövlətimizin iqtisadiyyatına külli miqdarda ziyan vurulur.
Amma görülən tədbirlərin fonunda təəssüf ki, qanunsuz şans oyun platformaları fəaliyyətlərini rahat şəkildə davam etdirir. Saytlarına daxil olub, oyunlara qoşulmağın mümkünlüyü səbəbi ilə insanların aldadılması bir an məsələsinə çevrilir. Xüsusilə sosial şəbəkələrdə oyunçuların qanunsuz fəaliyyətinə dair açıq-aşkar söhbətlər aparılır. Qazandıqları məbləğləri necə hansı yollarla əldə etmələri isə ciddi sual doğurur.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişHüquqi məsuliyyət

Azərbaycanda qanunsuz mərc və lotereya oyunlarının təşkili və iştirak etmək inzibati və cinayət məsuliyyəti daşıyır, həmçinin qanunu pozanları 3 000 manat məbləğində cərimə gözləyir.
Fırıldaqçılardan qorunmaq üçün rəsmi lisenziyası olmayan mərc və lotereya platformalarından uzaq durun. Şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün yalnız etibarlı mənbələr olan qanuni şans oyunlarına müraciət edin. Hər hansı bir şübhəli fəaliyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verin.
Dünya təcrübəsində də qanuni əsaslarla fəaliyyət göstərən idman mərc və lotereya oyunları sektorunun əyləncə, iqtisadiyyat, məşğulluq və idmana dəstək sahəsində böyük rol oynadığı müşahidə olunur. Qanunlar çərçivəsində fəaliyyət göstərən mərc operatorları oyunçular üçün güvənli olmaqla yanaşı, həm də dövlət büdcəsinə daha çox verginin daxil olması baxımından xüsusi önəm daşıyır. Ona görə də bəxtinizi yalnız qanuni şans oyunlarında sınayın ki, sonradan həm pulunuzdan olmayın, həm də qanunu pozmayın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 348   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA

Son vaxtlar TikTok sosial şəbəkəsinin Azərbaycan seqmentində qadın bədəninin vulqar formada təqdim edilməsi və istismarı diqqət çəkir. Belə ki, reklam olunan məhsullarına müştəri cəlb etmək istəyən sahibkarlar bu kimi videolarda qadın bədənindən istifadə edir, xanımlar isə pul qazanmaq məqsədilə ya könüllü

17 yanvar
.

Əsgərlərin intihar etməsinin başlıca səbəbləri nələrdir? - AÇIQLAMA

Ötən gün çıxan xəbərə əsasən Azərbaycan əsgəri odlu silahdan atəş açaraq özünü öldürüb. Belə hallar, əsgərlərin intiharı əvvəllər də yaşanıb, gördüyümüz üzrə yenə yaşanmaqda davam edir. Bəs, əsgərlərin intihar etməsinə başlıca səbəblər nə olur? Və bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır

16 yanvar
.

Bəhruz Quliyev: "20 Yanvar hadisələri müstəqillik tarixinin başlanğıcıdır"

"Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Həmin gü

17 yanvar
.

Vahid Ələkbərovun oğlu bu vəzifəsini tərk edir

Rusiyanın "Lukoil" neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Spartak" futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "RBC Sport" məlumat yayıb. Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliy

17 yanvar
.

Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ailəsinə TƏHVİL VERİLİB

"Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb". Bunu -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib. O bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranbo

16 yanvar
.

Avtobusdan düşüb yolu keçən tələbə qızı maşın vurub öldürdü

Masallı rayonunda piyadavurma hadisəsi baş verib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idar

17 yanvar
.

"20 yanvar faciəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir" - DEPUTAT

SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. Bu faciəni azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin davamı kimi qiymətləndirə bilərik. 20 Yanvar faciəsi xalqımızın ömürlük yaddaşın

17 yanvar
.

Mariana Vasileva vəzifəsindən azad olundu

Gənclər və idman naziri Fərid Qayıbovun müavinlərindən biri vəzifəsini itirib. "Qafqazinfo"nun məlumatına görə, Mariana Vasileva tutduğu vəzifədən azad olunub. Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu

16 yanvar
.

Əhaliyə XƏBƏRDARLIQ - Günəşdə üçüncü partlayış oldu

Günəşdə yeni M sinifli alışma baş verib. xəbər verir ki, bu barədə Tass-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan ("IPG") məlumat verilib. Bildirikir ki, bu, gün ərzində baş verən üçüncü belə haldır. "Yanvarın 17-də saat 13:19-da 3964 (N04W27) qrupunda günəş ləkələri qrupunda rentge

17 yanvar